Tramp qərarını VERDİ – İrana daha güclü zərbələr ENDİRİLƏ BİLƏR

12 gün davam edən qarşıdurmanın səngiməsinə baxmayaraq İran nüvə məsələsində hələ də öz mövqeyindən geri çəkilmir. Belə ki, İran rəsmiləri nüvə proqramından əl çəkməyəcəklərini elan ediblər. İranın xarici işlər naziri Abbas Əraqçi “Al-Araby al-Jadeed"ə müsahibəsində deyib ki, ölkəsi İsraillə müharibədən sonra belə, nüvə proqramından əl çəkməyəcək.

Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub:

"Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, xalq sanksiyalara məruz qaldı, bizə qarşı müharibə başladıldı. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O, həmişə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində olub". 

Anoloji açıqlama ilə İran Prezidenti Məsud Pezeşkian da çıxış edib.

Bu arada Tehran Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsinin professoru İbrahim Mottəqi İsrailin yaxın günlərdə İrana qarşı yeni hərbi əməliyyatlara başlaya biləcəyini istisna etmir. Onun sözlərinə görə, ABŞ və İsrail atəşkəsdən istifadə edərək yenidən güc toplamağa çalışır və qarşıdakı günlərdə daha ciddi hərbi mərhələ başlaya bilər:

“Birincisi, qəfil tədbirlər, ikinci addım isə dağıdıcı əməliyyatlar olacaq".

Mottəqi həmçinin qeyd edib ki, bölgədə yaranan nisbi sakitlik aldadıcıdır və yeni eskalasiyalar ehtimalı yüksəkdir.

Bu açıqlamalar onu göstərir ki, İran nüvə proqramından əl çəkmək niyyətində deyil.

Görəsən, İran nüvə proqramından əl çəkməsə ona qarşı növbəti zərbələrin şahidi ola bilərikmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, danışıqlar baş tutmasa, İrana zərbələrin və sanksiyaların növbəti mərhələsinin şahidi olacağıq:

“İran XİN rəhbəri Əraqçi Tehranın nüvə proqramından əl çəkməyəcəyini bəyan edir. Onun fikirlərindən belə bəlli olur ki, İran bu sahəyə böyük sərmayə yatırıb, ona görə də işi yarımçıq dayandırmağı düşünmür. Eyni fikirləri bir neçə gün əvvəl İran Prezidenti Pezeşkian da bildirib. ABŞ İranla bu sahədə danışıqlara hazır olduğunu, sadəcə, Tehranın bununla bağlı qərar verəcəyini gözləyir. Belədə, tərəflər əslində İranın ali liderinin hansı qərarı verəcəyini gözləyir”.

Deputat qeyd edir ki, İran sonda danışıqlara getməyib, nüvə proqramını davam etdirsə, qarşı tərəflərin də mütləq şəkildə buna adekvat reaksiyası olacaq:

“Məsələ ondadır ki, İranla İsrail arasında münaqişə dünənin, bu günün məsələsi deyil, uzun müddətdir ki, davam edir. Belədə, İranın əvvəlki mövqeyində qalması fonunda münaqişənin yenidən alovlanması ehtimalı da böyükdür. Hətta bu fonda ABŞ-ın İrana növbəti daha güclü zərbələr endirməsinin də şahidi ola bilərik. 12 günlük müharibə əslində tam bitməyib. Sadəcə, danışıqlar aparılması üçün atəşkəs elan edilib. Amma danışıqlar baş tutmasa, proses davam etdiriləcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Səidə Bəkirqızıdan iranlı aparıcıya: ”Ermənilərdən qabaq siz bizim qəbirləri eşirdiniz” - VİDEO

Ən etibarsız avtomobillər - SİYAHI

Ən etibarsız avtomobillər - SİYAHI

Şəmkirdə evdə yanğın - VİDEO

Şəmkirdə evdə yanğın - VİDEO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Qətldə adı çəkilən iş adamının oğlu məşhurların qızları ilə sevgili olub - FOTO

Qətldə adı çəkilən iş adamının oğlu məşhurların qızları ilə sevgili olub - FOTO

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

"Mənim pullarımı anam sayır, heç vaxt sayını BİLMƏMİŞƏM”

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi - FOTO

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqdə növbəti uğura imza atdı

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Sahibə Qafarova Tbilisiyə getdi - Dəfn mərasimində iştirak edəcək

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Rusiya bu şəhərə genişmiqyaslı hücuma hazırlaşır

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Azərbaycanda itkin düşən 4 nəfər tapıldı

Ağsuda iki evdə yanğın oldu

Ağsuda iki evdə yanğın oldu

61 yaşlı qadın zəhərlənərək öldü

61 yaşlı qadın zəhərlənərək öldü

Sumqayıtda tonqalda xəsarət alanların kimliyi AÇIQLANDI - SİYAHI/VİDEO

Sumqayıtda tonqalda xəsarət alanların kimliyi AÇIQLANDI - SİYAHI/VİDEO

Həkim dərmansız iki həftəyə yuxunu necə yaxşılaşdırmağın yolunu açıqladı

Həkim dərmansız iki həftəyə yuxunu necə yaxşılaşdırmağın yolunu açıqladı

End of content

No more pages to load

RADİO