İlham Əliyev Məsud Pezeşkianı Azərbaycana dəvət etdi

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib.

Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.

Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.

Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputat: “Balakhani Oil” xalqın sərvətini talayır — VİDEO

Deputat: “Balakhani Oil” xalqın sərvətini talayır — VİDEO

Qurbanqulu Berdiməhəmmədov da Azərbaycana gələcək

Qurbanqulu Berdiməhəmmədov da Azərbaycana gələcək

Sumqayıtda müştəri taksi sürücüsünü döydü

Sumqayıtda müştəri taksi sürücüsünü döydü

Səhər yeməyini bu saata saxlamaq ömrü uzadırmış: Tədqiqatlar təsdiqlədi

Səhər yeməyini bu saata saxlamaq ömrü uzadırmış: Tədqiqatlar təsdiqlədi

Nazir rektorları topladı - FOTO

Nazir rektorları topladı - FOTO

Bakıda tanınmış şəxslərə qarşı terror planlaşdırılan şəxsin məhkəməsi başlayır — ŞOK ADLAR (FOTOLAR)

Bakıda tanınmış şəxslərə qarşı terror planlaşdırılan şəxsin məhkəməsi başlayır — ŞOK ADLAR (FOTOLAR)

“28 May”da oturacaqlar niyə sökülüb? – VİDEO

“28 May”da oturacaqlar niyə sökülüb? – VİDEO

Tərtərdə ölümlə nəticələnən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Tərtərdə ölümlə nəticələnən ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Qəzzadakı sülh danışıqlarının birinci mərhələsi bu həftə başa çatacaq?

Qəzzadakı sülh danışıqlarının birinci mərhələsi bu həftə başa çatacaq?

Orban Azərbaycana GƏLƏCƏK

Orban Azərbaycana GƏLƏCƏK

Yadigar Muradovun SON DURUMU açıqlandı

Yadigar Muradovun SON DURUMU açıqlandı

Bakıda sərxoş kişi yıxılaraq həyatını itirdi

Bakıda sərxoş kişi yıxılaraq həyatını itirdi

“Fənərbaxça” xal itirdi - VİDEO

“Fənərbaxça” xal itirdi - VİDEO

Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı

Xəyanət edənlər tez ölürmüş: monoqam münasibət ömrü uzadır - alimlər açıqladı

Əlilliyi olan şəxslərin nəzərinə - QAYDALAR DƏYİŞDİ

Əlilliyi olan şəxslərin nəzərinə - QAYDALAR DƏYİŞDİ

Əmək pensiyaları ilə bağlı YENİ QƏRAR

Əmək pensiyaları ilə bağlı YENİ QƏRAR

Bu il neçə əcnəbi Azərbaycandan çıxarılıb?

Bu il neçə əcnəbi Azərbaycandan çıxarılıb?

Avropanın ENERJİ ÜMİDİ – Bu ölkələr də Azərbaycandan qaz almaq İSTƏYİR

Avropanın ENERJİ ÜMİDİ – Bu ölkələr də Azərbaycandan qaz almaq İSTƏYİR

Xocəsən yolunda qırmızı işıqda keçən yük maşını ağır QƏZA törətdi – ANBAAN VİDEO

Xocəsən yolunda qırmızı işıqda keçən yük maşını ağır QƏZA törətdi – ANBAAN VİDEO

Niyə çuğundur yemək lazımdır? - 7 SƏBƏB

Niyə çuğundur yemək lazımdır? - 7 SƏBƏB

Rubio: “2028-ci ildə Respublikaçıların prezidentliyə namizədi Vens ola bilər”

Rubio: “2028-ci ildə Respublikaçıların prezidentliyə namizədi Vens ola bilər”

Layiqli Əmək Səfirləri ilə görüş keçirildi – FOTO

Layiqli Əmək Səfirləri ilə görüş keçirildi – FOTO

“Rəsmi olmayan sayt və keçidlərə daxil olmayın!” - DİN-dən ÇAĞIRIŞ

“Rəsmi olmayan sayt və keçidlərə daxil olmayın!” - DİN-dən ÇAĞIRIŞ

Avropa İttifaqının komissarı:"Azərbaycan Transxəzər nəqliyyat dəhlizinin əsas tərəfdaşıdır"

Avropa İttifaqının komissarı:"Azərbaycan Transxəzər nəqliyyat dəhlizinin əsas tərəfdaşıdır"

End of content

No more pages to load

RADİO