Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının tədbirində iştirak edib – FOTO

İyunun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İslandiyanın Reykyavik şəhərində keçirilən İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyasının açılış iclası və ilk hibrid dinləməsində videokonfrans formatında iştirak edib. Tədbir Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisinin təşəbbüsü ilə baş tutub.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva COP29-un ev sahibi olan Azərbaycan Respublikasının bu sahədə apardığı təşəbbüslər, əldə etdiyi nailiyyətlər və qazandığı təcrübə barədə məlumat verib. Bildirib ki, iqlim dəyişikliyi yalnız ekoloji deyil, həm də ciddi ictimai sağlamlıq problemi kimi qlobal gündəmin əsas mövzularından birinə çevrilib.

Çıxışında Azərbaycanın son illər ərzində həyata keçirdiyi su resurslarının idarə olunması, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığına yönəlmiş layihələrdən söz açıb. Leyla Əliyeva, həmçinin, IDEA İctimai Birliyi tərəfindən təşəbbüs göstərilmiş müxtəlif layihələr vasitəsilə gənclərin iqlim və sağlamlıq mövzularında fəal iştiraka cəlb olunmasının vacibliyini vurğulayıb.

O, beynəlxalq ekspertləri və təşkilatları bu istiqamətdə daha geniş əməkdaşlığa dəvət edib.

Leyla Əliyevanın çıxışından sonra tədbirdə söz alan Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Klüge Azərbaycanın COP29 çərçivəsində göstərdiyi təşəbbüskarlıq və liderliyini yüksək qiymətləndirdiklərini bildirib. O qeyd edib ki, Azərbaycan təkcə regionda deyil, həm də qlobal miqyasda iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynayır və bu sahədə nümunəvi yanaşmalar sərgiləyir.

Çıxışı zamanı Hans Klüge, həmçinin, iqlim dəyişikliyi və ictimai sağlamlıq sahəsində həyata keçirilən layihə və təşəbbüslərə verdiyi töhfələrə görə Leyla Əliyevaya xüsusi təşəkkürünü ifadə edib.

Qeyd edək ki, İqlim və Sağlamlıq üzrə Pan-Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Ofisi tərəfindən iqlim dəyişikliyinin insan sağlamlığına təsirini ön plana çəkmək məqsədilə yaradılmış yüksəksəviyyəli məsləhətçi qurumdur. Komissiyanın əsas məqsədi iqlim dəyişikliyi fonunda sağlamlığa yönəlmiş təhdidlərə qarşı sektorlararası əməkdaşlığı təşviq etmək və konkret fəaliyyət mexanizmləri formalaşdırmaqdır. Komissiya Reykyavikdə keçirilən rəsmi açılış iclası ilə fəaliyyətinə başlayıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

End of content

No more pages to load

RADİO