Azərbaycanda 27 ölkənin xarici diplomatları üçün təlim keçiriləcək - FOTO

İyunun 10-da Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)” təliminə start verilib.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, illik əsasda keçirilən proqram beynəlxalq səviyyədə insan kapitalının inkişafı, Azərbaycanın təbliğatı və əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.

Cari ildə əsasən Asiya, Afrika, Latın Amerikası, Sakit okean və Şərqi Avropa regionalarından olmaqla 27 ölkədən 30 xarici diplomat proqramda iştirak edir.
 

Açılış tədbirində çıxış edən AIDA-nın rəisi Elməddin Mehdiyev xarici diplomatlara proqramın məqsəd və əhəmiyyəti barədə məlumat verərək, Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardım sahəsində qazandığı nailiyyətlərdən danışıb.


ADA Universiteti adından çıxış edən İxtisasartırma proqramının rəhbəri və Akademik işlər üzrə prorektorun müşaviri Aygün Hacıyeva proqramın məzmunu və ADA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq səviyyəli müxtəlif təlim proqramları haqqında geniş məlumat verib.

Cari ilin 21 iyun tarixinədək davam edəcək proqramda xarici diplomatlara ADA Universitetinin professor-müəllim heyəti və Xarici İşlər Nazirliyinin təcrübəli diplomatları, eləcə də bir sıra dövlət qurumlarının mütəxəssisləri tərəfindən müxtəlif mövzulu, o cümlədən xarici siyasət, səmərəli diplomatik fəaliyyət, enerji və iqlim diplomatiyası, təhsil, turizm, rəqəmsal innovasiya ilə bağlı təlim və mühazirələr təqdim olunacaq.

Bununla yanaşı, iştirakçıların bir sıra rəsmi qurum və müəssisələrdə tanışlıq görüşləri keçirməsi, ölkəmizin zəngin tarixi və mədəniyyəti barədə geniş məlumat əldə etməsi, habelə Şuşa və Xankəndi şəhərlərinə səfərləri nəzərdə tutulur.

Xatırladaq ki, sayca səkkizinci olan proqramda indiyədək 70-dən artıq ölkədən 120-yə yaxın diplomat iştirak edib.

Cari ildəki iştirakçılarla birlikdə təlim proqramında təmsil olunan ölkələrin sayı 90-a, iştirak edən xarici diplomatların sayı isə təxminən 150-yə çatıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

End of content

No more pages to load

RADİO