Prezident Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb.

Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə-quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub. Bütün layihəçilər, mühəndislər və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdırlar.
 

Buradakı Hədəf Mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələrinin hərəkəti elektron xəritədə müşahidə olunur. Eyni zamanda, Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində videomüşahidə həyata keçirilir. Binada süni intellekt əsaslı risk idarəetmə sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılıb. Həmçinin burada kibertəhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib. Ümumilikdə yeni binada informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək xidmətlərin artırılmasını nəzərdə tutub.


Binanın 5-ci mərtəbəsində 1200 kvadratmetrlik asma bağ salınıb, müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. 500 kvadratmetrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün guşə yaradılıb, kafe inşa olunub.

Binada gömrük xidməti əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konfrans zalı, 17 iclas otağı, atıcılıq tiri, idman sahələri, yeməkxana, kafe var.

Dövlət başçısı gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda müsadirə olunmuş tarixi-mədəni əşyalardan ibarət muzeyə baxıb. Burada eramızdan əvvəl birinci minillikdən XX əsrin 50-ci illərinədək dünya ölkələrinin tarixini əhatə edən eksponatlar sərgilənir.

Qeyd edək ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, son illərdə həyata keçirilən irimiqyaslı layihələr hesabına beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasında ölkəmizin əhəmiyyətli rolu nəzərə alınmaqla gömrük işinin müasir səviyyədə təşkili, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələrin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir. Reallaşdırılan qabaqcıl texnoloji həllər gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin daha etibarlı təmin olunması ilə yanaşı, şəffaflığın artırılmasına, gömrük-biznes əməkdaşlığının qarşılıqlı etimad əsasında gücləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradıb.





























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

End of content

No more pages to load

RADİO