SON DƏQİQƏ! Spiker deputat Xalid Tağızadənin ölkəyə qaytarılmasını TƏLƏB ETDİ

Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının spikeri Boris Xoxryakov azərbaycanlı deputat Xalid Tağızadənin “təcili şəkildə geri qaytarılması” barədə göstəriş verib.

Bizim.Media xəbər verir ki, Xoxryakov bu barədə özünün teleqram kanalında məlumat verib.

Xatırladaq ki, deputat Xalid Tağızadə Sibir xanlığı ilə bağlı tarixi fakta istinad edərək Yuqranın özbək xalqının tarixi vətəni olduğunu bildirdiyi üçün federal səviyyəli hücumlara məruz qalmışdı.

3 iyun tarixində Xantı-Mansiysk Muxtar Dairəsi Dumasında onun məsələsi müzakirə olunub və Tağızadə Sosial İnkişaf üzrə Daimi Komissiyanın sədri vəzifəsindən azad edilib. Lakin hələlik onun deputat mandatından məhrum edilməsinə dair hər hansı qanuni əsas müəyyən olunmayıb.

Rusiya mənbələrinin məlumatına görə, Xalid Tağızadə müzakirələr başlamazdan bir neçə saat öncə Xantı-Mansiysk bölgəsini tərk edib və 3 iyun gecəsi Bakıya uçub. Bu barədə Rusiya mənbələri məlumat yayıb.

Dumanın spikeri Boris Xoxryakov Telegram kanalında bildirib ki, deputat Tağızadə iclasda iştirak etməməsini “tətil müddətində bölgə xaricində olması” ilə izah edib. Spiker qeyd edib ki, Tağızadə ilə iclasdan əvvəl əlaqə saxlayıb və o, növbəti məzuniyyətdə olduğunu bildirib. Spiker tərəfindən 3 iyuna qədər deputatın məzuniyyətdən geri dönməsi barədə sərəncam imzalanıb.

Lakin həmin tarix artıq keçib və deputat hələ də geri qayıtmayıb.

“Daimi Komissiya, Sosial İnkişaf Komitəsi və bu gün keçirilən 46-cı Yuxarı Duma iclasında onun şəxsən iştirak etməsi üçün bütün zəruri tədbirlər görülüb. Amma deputat Tağızadə bu iclaslarda iştirak etmək qərarına gəlmədi”, – deyə spiker Xoxryakov bildirib.

O, ictimaiyyətə müraciət edərək vəziyyətin gərginləşdirilməməsi üçün “emosiyaların azaldılması” xahişini səsləndirib. Spikerin sözlərinə görə, deputatların məsələnin “ört-basdır” edilməsinə marağı yoxdur.

“Qəbul edilən bütün qərarlar qanunvericiliyin imkan verdiyi maksimal çərçivədə olub. Hamımız belə bəyanatların və hərəkətlərin, Rusiya və Yuqradakı ərazi bütövlüyünə və millətlərarası sabitliyə təhdid yarada biləcək halların yolverilməzliyini dəstəkləyirik”, – deyə Boris Xoxryakov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

End of content

No more pages to load

RADİO