Azərbaycan və Ermənistan itkin düşənlərin birgə axtarışı ilə bağlı ilkin razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan bildirib.
"Bəli, görüş baş tutub. Bu, artıq ikinci görüşdür. İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış tədbirləri ilə bağlı məsələlər müzakirə olunub.
Bu işlərin davam etdirilməsi üçün ilkin razılıq əldə olunub. Görüşü müsbət qiymətləndirirəm”, - deyə Armen Abazyan bildirib.
Abazyan işlərin başlama tarixini açıqlamayıb.
Bizim.Media