Ceyhun Bayramov BMT rəsmisi ilə Cənubi Qafqazdakı vəziyyəti MÜZAKİRƏ ETDİ - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində BMT-nin Nayrobi ofisinin baş direktoru Zeynəb Hava Banqura ilə görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, Afrika ölkələri ilə bağlı mümkün birgə təşəbbüslər, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
 

Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tərəfdaşlığımızda xüsusi yer tutduğu, ölkəmizin dayanıqlı inkişaf gündəliyinin icrası istiqamətində könüllü şəkildə mütəmadi hesabatlar təqdim etməsinin bu istiqamətə verdiyimiz əhəmiyyətin göstəricisi olduğu qeyd edilib.


Afrika ölkələri ilə əməkdaşlığın irəlilədilməsinin xarici siyasət prioritetlərimizdən biri olduğu, bu istiqamətdə BMT çərçivəsində indiyədək bir sıra təşəbbüslərin həyata keçirildiyi və bu əməkdaşlığı davam etdirmək niyyətində olduğumuz bildirilib.

Ölkəmizdə keçirilən COP29 çərçivəsində qəbul olunan qərarların iqlim dəyişikliyi ilə mübarizədə maliyyə mövzusunun irəlilədilməsi baxımından əhəmiyyətindən bəhs olunub.

Bu çərçivədə həmçinin BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlıq məsələlərinə toxunulub.

Eyni zamanda, 2026-cı ildə ölkəmizdə keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində BMT ofisi, xüsusilə də UN-Habitat ilə əməkdaşlıq planları nəzərdən keçirilib.
 

C.Bayramov, həmçinin qarşı tərəfi keçmiş münaqişə, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri barədə ətraflı məlumatlandırıb.


Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

End of content

No more pages to load

RADİO