Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfərə yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yatyıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinin rəsmi açılış mərasimində iştirakı, habelə Keniya Respublikasının yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Bizim.Media