Erməni kilsəsinin iç üzü İFŞA OLUNUR – Paşinyan “gizli sandığı” AÇARSA...

Ermənistanda Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında qarşıdurma yeni fazaya daxil olub. Bu qarşıdurma hətta konstitusiya böhranı həddinə qədər inkişaf edib. Belə vəziyyət isə onsuz da qeyri-stabil olan daxili sabitlik üçün daha real təhlükə yaradır.

Gərginliyə səbəb nədir?

Baş nazir Nikol Paşinyan erməni kilsəsinə və keşişlərə qarşı sərt ittihamlar irəli sürməyə başlayıb. Erməni baş nazirin "subaylıq andı"na riayət etməyərək, pozğun həyat tərzi yaşayan keşişlərə yönəlik "dini xidməti tərk edin" tələbi Ermənistan cəmiyyətinin radikal-revanşist təbəqəsində ciddi narahatlıq doğurub.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda TAXT-TAC OYUNLARI – Paşinyan Ermənistanın əsas "dayaq"larını SINDIRACAQ?


Çünki Paşinyan bu ittihamların ardınca erməni kilsəsinə katolikos seçkilərində dövlətin “həlledici səsə” malik olmasının vacibliyini də vurğulayıb və bu, ciddi siyasi-hüquqi mübahisələrə səbəb olub.

Bəzi müxtəlifyönümlü hüquqşünaslar baş nazirin bu tələbinin Ermənistan konstitusiyasının əsas prinsiplərinə – yəni kilsənin dövlətdən ayrılığına – zidd olduğunu bildiriblər. Onların fikrincə, belə tələblərlə çıxış edən Paşinyan cinayət məsuliyyəti daşımalıdır.

Görünən odur ki, yaxın gələcəkdə, yəni seçkilər ərəfəsində Ermənistanda Paşinyanla müxalifəti dəstəkləyən kilsə arasında dini-ideoloji cəhətdən ciddi qarşıdurmaların şahidi ola bilərik.

“Paşinyan kilsəyə nəzarət edə bilmir”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadənin fikrincə, Paşinyanın kilsə ilə bağlı söylədiyi fikirlər onlar arasındakı qarşıdurmanın pik həddə çatdığına işarədir:

“Görünən odur ki, kilsə tərəfindən Paşinyana qarşı cəbhə formalaşıb. Ötən il keşiş Baqratın timsalında Paşinyana qarşı hərəkat başlanıldı. Amma nəticə etibarı ilə onlar nəyəsə nail olmadılar. İndiki qarşıdurma da əslində onun davamıdır. Qarşıdurmanın kökündə dayanan əsas faktor odur ki, Paşinyan kilsəyə nəzarət edə bilməməsilə bağlıdır. Kilsəyə qarşı onun dediklləri də konkret buradan qaynaqlanır”.

Lakin həmsöhbətimiz mövcud qarşıdurmanın Ermənistanda ciddi xaosa gətirib çıxaracağını düşünmür:

“Düzdür, 2026-cı ilin may seçkiləri yaxınlaşdıqca bu gərginlik bir qədər ciddi qarşıdurma xarakteri alacaq. Lakin unutmayaq ki, Paşinyanın elektoratı daha güclüdür. O, bəzi kilsə nümayəndələrinin fəaliyyətilə bağlı kifayət qədər ciddi məlumatlara malikdir. Belədə o gələcəkdə sandığı açaraq kilsə barədə daha bir çox sirləri ortaya çıxara bilər. Bu da öz növbəsində kilsə icmasının əleyhinə işləyəcək. İstənilən halda, Paşinyan bu qarşıdurmadan müsbət dividendlə çıxacaq. Çünki hazırki dönəmdə o, daha güclü görünür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

End of content

No more pages to load

RADİO