İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev “Baku Energy Forum”unun açılış mərasimində iştirak edir


"Hörmətli tədbir iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!


Sizi “Bakı Enerji Həftəsi”nin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.

Bu mühüm tədbir enerji sahəsində nailiyyətlərimizin təqdimatı və gələcək prioritetlərin müzakirəsi üçün önəmli platforma rolunu oynayır. Biz artıq sayca 30-cu tədbirdə – yubiley tədbirində iştirak edirik ki, bu da onun uğurlu tarixini və əhəmiyyətini bir daha təsdiqləyir.

“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür.

Ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpa olunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.

Eyni zamanda, bu tədbir Azərbaycanın enerji sahəsində keçdiyi uğurlu yolun, beynəlxalq nüfuzunun və uzaqgörən strateji baxışının bariz təzahürüdür.

Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir. Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir.
 

Əminəm ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq, beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir.


Bugünkü tədbirdə nümayiş etdirilən sərgilər münasibətilə təşkilatçıları və bütün iştirakçıları bir daha təbrik edir, hər birinizə səmərəli müzakirələr, uğurlu layihələr və davamlı əməkdaşlıq arzulayıram!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 avtomobil toqquşdu - Yaralılar var

2 avtomobil toqquşdu - Yaralılar var

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Türkiyə İrana qarşı müharibəni dayandırmaq istəyir

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı - Yeniyetmə xəsarət aldı

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

ABŞ-ın neft və qaz müqavilələri İrana görə iflic olub

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO

Fridrix Merts Trampla razılığa gəldi

Fridrix Merts Trampla razılığa gəldi

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Pezeşkian: “İranı xəritədən silmək xülyası acizliyin təzahürüdür”

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

Gürcü patriarxı II İliya Tbilisidəki Sioni kafedral kilsəsində dəfn olundu - VİDEO

İlk oyunundan FOTOLARINI paylaşdı

İlk oyunundan FOTOLARINI paylaşdı

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

Namiq villasını nümayiş ETDİRDİ - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

İstanbulda dağıntılar altında daha 2 nəfər qalıb - VİDEO

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Bəhreyn İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Bu şəxslərə mühüm xəbər

Bu şəxslərə mühüm xəbər

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Abbas Əraqçi Kaja Kallasla regiondakı hadisələri MÜZAKİRƏ ETDİ

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Azərbaycanın bəzi çaylarında sululuq artır: SEL TƏHLÜKƏSİ - VİDEO

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Finlandiya prezidenti: "ABŞ daha xeyirxah hegemon deyil"

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Millimizlə oyun üçün Portuqaliya heyətini açıqladı

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

Xərçəngdən müalicə alan Simonyanın övladı da sağalmaz XƏSTƏDİR

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

End of content

No more pages to load

RADİO