Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib.
Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”




Bizim.Media