İlham Əliyev Türk Dövlətlər Təşkilatının Budapeşt zirvəsində iştirak edəcək
Bizim.Media Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türk Dövlətlər Təşkilatının katibliyindən məlumat verilib.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvəsi Macarıstanın paytaxtıə Budapeşt şəhərində 20-21 mayda keçiriləcək. "Şərq və Qərbin görüş nöqtəsi” adlanan zirvədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan dövlət başçıları iştirak edəcək. Təşkilatda müşahidəçi üzv olan Şimali Kipr Türk Respublikası, Türkmənistan da zirvəyə qatılacaq.
Qeyri-rəsmi Zirvə dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələləri həll etmək üçün mühüm imkan yaradacaq.
Bizim.Media