15 illik əməkdaşını işdən çıxaran “Azəriqaz” məhkəməni UDUZDU - Zamin Mehrəliyev komandasını yığır?

“Azəriqaz” İstehsalat Birliyinin (İB) 15 illik işçisi əsassız yerə işdən çıxarılıb. Söhbət Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara Satılan Qaza Nəzarət Şöbəsinin mühəndisi vəzifəsində çalışan Ramil Əliyevdən gedir. O, işdən çıxarılmasına etiraz edərək məhkəməyə müraciət edib.

Əmək müqaviləsinə xitam verilməsini qanunsuz sayan şikayətçi işə bərpa olunmaq və məcburi iş buraxma dövrü üçün əməkhaqqının ödənilməsini tələb edib.

Bu barədə Bizim.Media-ya danışan Ramil Əliyevin sözlərinə görə uzun müddət işində məsuliyyətlə çalışıb, heç bir intizam cəzası almayıb. Lakin 2025-ci ilin yayında onun ştatı ixtisar olunub və Ramil Əliyev işdən çıxarılıb:

“27 may 2010-cu ildən 28 iyul 2025-ci ilədək “Azəriqaz” İB-də müxtəlif vəzifələrdə işləmişəm. 2016-cı ildən isə Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara Satılan Qaza Nəzarət Şöbəsində 10-cu dərəcə mühəndis vəzifəsinə müddətsiz işə qəbul olunmuşam.

2025-ci ilin fevralında şirkətdə struktur dəyişiklikləri aparıldı. Bakı Regional Qazın Satışı və Bakı Regional Qaz İstismarı Departamentləri ləğv edilərək Bakı Regional Qaz İstismarı İdarəsi yaradıldı. Həmin vaxt mənə tutduğum 10-cu dərəcə mühəndis vəzifəsi təklif olunmadı. Yalnız 9-cu dərəcə mühəndis vəzifəsi göstərildi ki, bunu da qəbul etmədim. Bu işlərin başında isə Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev dayanır.
 

Düz işlədiyim üçün mənlə yola getmirdi və işdən kənarlaşdırmağa maraqlı idi. Zamin Mehrəliyevin "Azəriqaz" İstehsalat Birliyində öz komandası var və mən ona bir işçi kimi sərf etmirdim. Əslində orda digər işçiləri də 9-cu dərəcəyə endiməli idilər.


Sonra atamın səhhətində problem yaşandı və başım qarışıq oldu. Nəyisə məni çağırıb işdən çıxmaq üçün ərizə yazdırdılar. İmza atıb işdən çıxdım. Sonra ayıldım ki, heç bir işçini 9-cu dərəcəyə endirməyiblər. Hamısı 10-cu dərəcədə qalıb. Məcbur qalıb məhkəməyə müraciət etdim”.

Şikayətçi bildirib ki, 5 ay Xətai rayon Məhkəməsində işə baxılıb və “Azəriqaz”ın hüquqşünası məhkəməyə saxta sənədlər təqdim edib:

“Guya ki, iyul ayında tərtib olunmuş aktı noyabr ayında məhkəməyə təqdim etmişdilər. Hətta məndə o aktı tərtib edənlərin birinin səsyazısı belə var. Qarşı tərəf təkzib etsə, onu sübut kimi də təqdim edə bilərəm. Bu barədə Baş Prokurorluğa da müraciət edəcəyəm”.

Ramil Əliyev vurğulayıb ki, 6 aydır işsizdir və o, ailəsinin yeganə təminatçısıdır. Həmçinin iki azyaşlı övladı var və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. İşdən çıxarılması onun üçün həm maliyyə, həm də sosial baxımdan ciddi çətinlik yaradıb.

Beləliklə Xətai rayon Məhkəməsində hər iki tərəfin izahatları alınmaqla məhkəmə prosesləri keçib və iddiaçı tərəf, yəni Ramil Əliyevin xeyrinə qərar çıxarılıb.
 

Qərara görə “Azəriqaz” İB-nin 28.07.2025-ci il tarixli əmri ləğv olunmalı, Ramil Əliyev 10-cu dərəcə mühəndis vəzifəsinə işə bərpa edilməlidir. Həmçinin məcburi iş buraxma dövrü üçün əməkhaqqı ödənilməlidir.


Ramil Əliyev Xətai Rayon Məhkəməsinin ədalətli qərar verdiyini vurğulayaraq, hələlik qarşı tərəfin məhkəmə qərarına əməl etmədiyini bildirib. O əlavə edib ki, əgər “Azəriqaz” İB qərara etiraz etsə, məsələni sonadək davam etdirəcək.

Qeyd edək ki, yerli mediada Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevin adı bir çox qalmaqallarda çəkilir. İddialara görə o, "Azəriqaz" İstehsalat Birliyinin strukturlarına təxminən 30-dan artıq qohumunu yerləşdirib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Üç çəki dərəcəsində dünya çempionu olan boksçu vəfat etdi

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Bakı Caz Festivalı İçərişəhərdə başa çatdı - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Qazaxda ağır qəza: 3 nəfər xəsarət aldı

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

Sumqayıtda dəm qazından boğulan şəxs sahibkar imiş

“Slaviya” Bakıda - VİDEO

“Slaviya” Bakıda - VİDEO

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

Rusiya Xarkovun ətrafını və İvano-Frankovskini vurdu: 6 ölü var

ABŞ-da kanadalı ekspert həbs edildi

ABŞ-da kanadalı ekspert həbs edildi

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Repetitorlar hansı sınaqlar qarşısındadırlar?

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Trampın nəvəsi dəbdəbəli mənzili və 531 dollarlıq kosmetikasına görə tənqid olundu

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Lyayen: “Ukraynadakı müharibə "yeni, daha qaranlıq mərhələyə" qədəm qoyub”

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Zelenski Rusiyanı Xarkovdakı İstilik-Elektrik Mərkəzinə zərbə endirməkdə ittiham etdi

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Lyuis Hemiltonun yarışdan sonra səhhəti pisləşdi

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Kredit faizləri ilə bağlı meyar dəyişdi - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - VİDEO

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat: 59 nəfər TUTULDU

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

Masazırda motosikletlə avtomobil toqquşdu - 2 ölü var - FOTO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

"Mançester Siti" "Liverpul"u məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO