Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin proqramı açıqlanıb.
Bizim.Media “Haber Global”a istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
Şuşada prezidentlər arasında təkbətək və geniştərkibli görüş keçiriləcək. Sonra Şuşa başda olmaqla Qarabağın yenidənqurma və inşası layihələri üçün sazişlərə imza atacaq.
Türkiyə Prezidenti iyunun 16-da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək, Milli Məclisə xitab edəcək.
Türkiyə lideri həmçinin Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiyə-Uels qarşılaşmasını da Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə tribunadan izləyəcək.
Bizim.Media