"Azərbaycan 15 erməni hərbçini minalanmış ərazilərin xəritələri müqabilində Ermənistana təhvil verib. Çoxdan gözlənilən və möhtəşəm bir xəbər. Tərəflərin bu cür adımlarını alqışlayırıq".
Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında bildirib.
Qeyd edək ki, bu gün - 2021-ci il 12 iyun tarixində Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bizim.Media