Avropa Məhkəməsi Ermənistanın tələbini rədd etdi - XİN-dən açıqlama

“Azərbaycan Hökuməti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayır”.

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycanda saxlanılan 11 Ermənistan vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarı ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Xarici İşlər Nazirliyində daha bir görüş keçirildi - VİDEO


O bildirib ki, Ermənistan tərəfindən Məhkəmə Reqlamentinin 39-cu Qaydasına istinad edilərək saxlanılan şəxslərin sərbəst buraxılması üçün iki dəfə cəhd göstərilib, hər ikisi rədd edilib:

“Ermənistanın müraciəti, Azərbaycanın beynəlxalq qanunlarla təsbit olunmuş, ölkənin daxili qanunvericiliyini və beynəlxalq hüququ pozan, habelə ağır hərbi cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin cinayət təqibinə dair hüquq və öhdəliklərini göz ardına alır. İHAM qərarı məhz bu hüququ vurğulayır.

Ermənistanın saxlanılan şəxslərin dərhal sərbəst buraxılması ilə bağlı müraciəti, Azərbaycan Hökumətinin qanunun aliliyini hörmətsizlik çağırışına bərabərdir. Biz sözügedən prinsiplərə sadiq qalırıq və İHAM-in da qəbul etdiyi kimi cinayət təqibi başa çatana qədər bu şəxslər həbsdə saxlanılacaq.
 

Bildiyiniz kimi, Ermənistanın dərhal sərbəst buraxılmasını tələb etdiyi şəxslərdən ikisi - Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyan - Azərbaycan vətəndaşlarına işgəncə verməkdə təqsirləndirilərək hazırda məhkəmə istintaqına cəlb olunublar.


Azərbaycan öz hüquq və öhdəliklərinə uyğun olaraq, beynəlxalq və daxili hüququn müəyyən olunmuş prinsiplərinə riayət etməyə və bu təqibi başa çatdırmağa sadiqdir.

Onu da qeyd etmək istərdik ki, Azərbaycan bu şəxslərin vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi, habelə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) həbs olunmuş şəxslərlə görüşləri təşkil edilib və 27 mayda Azərbaycan hərbçiləri tərəfindən saxlanılan 6 hərbçi də daxil olmaqla, sözügedən həbsdə olan şəxslərin səhhəti barədə tibbi sənədlər təqdim edilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı ALACAQ

Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı ALACAQ

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ

Qazaxıstanda ZƏLZƏLƏ OLDU

Qazaxıstanda ZƏLZƏLƏ OLDU

Dörd bürc tezliklə elə mesaj alacaq ki...

Dörd bürc tezliklə elə mesaj alacaq ki...

Ukrayna dronları Rusiyanın ən iri kimya zavoduna HÜCUM ETDİ - FOTO

Ukrayna dronları Rusiyanın ən iri kimya zavoduna HÜCUM ETDİ - FOTO

Vardanyan BU MADDƏLƏRLƏ ittiham edildi - FOTO

Vardanyan BU MADDƏLƏRLƏ ittiham edildi - FOTO

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

"Baku electronics"in "biabır" olduğu post saxta imiş — Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO

"Baku electronics"in "biabır" olduğu post saxta imiş — Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO

"Nyukasl"a qol vurmağa hazıram" - Kamilo Duran

"Nyukasl"a qol vurmağa hazıram" - Kamilo Duran

Tiktoker "Renka" SAXLANILDI

Tiktoker "Renka" SAXLANILDI

End of content

No more pages to load

RADİO