Prezident Çinin yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən dövlət başçısı ötən il Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünü və onunla birlikdə ölkələrimizin strateji tərəfdaşlığına dair birgə bəyanatın qəbul edilməsini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında əməkdaşlığın geniş sahələri - siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər sahələri əhatə etdiyini vurğulayıb.

Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığına toxunaraq, qarşılıqlı dəstəyi qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğulayıb.

“Bir kəmər, bir yol” layihəsinin geniş coğrafiyada ölkələri bir araya gətirərək, əməkdaşlığı təşviq edən layihə olduğunu deyən dövlət başçısı Azərbaycanın Çinin bu təşəbbüsünə dəstək verən ilk ölkələrdən biri olduğunu qeyd edib.

Azərbaycanda bütün zəruri infrastruktur layihələrinin yaradıldığını və bir neçəsinin də icra mərhələsində olduğunu vurğulayan Prezident İlham Əliyev Orta Dəhlizin inkişafı baxımından ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bildirib.

Səfir Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş edib.

Lu Mey Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişafının Çin tərəfindən də dəstəkləndiyini deyib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. Səfir ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, əlaqələrimizin bundan sonra da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Çin-Azərbaycan münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin roluna toxunan Lu Mey Ümummilli Liderin zəngin irsinin əsasında ölkəmizin bu gün uğurla inkişaf etdiyini vurğulayıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ uçuş qadağasının müddətini uzadıb

BƏƏ uçuş qadağasının müddətini uzadıb

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

"Kasıb həmişə tələsir" – Fərda

"Kasıb həmişə tələsir" – Fərda

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

End of content

No more pages to load

RADİO