Azərbaycan və Sloveniya parlament dostluq qruplarının görüşü KEÇİRİLDİ

Aprelin 16-da Milli Məclisdə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin ölkəmizdə səfərdə olan Sloveniya Parlamentinin Sloveniya-Azərbaycan dostluq qrupunun rəhbəri Bojan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə ölkələrimizin uğurlu sosial-iqtisadi inkişafı, xalqlarımız arasında səmimi münasibətlərin mövcudluğu qeyd olunub.

Bildirilib ki, qısa müddət ərzində hər iki ölkənin müstəqilliyi dönməz xarakter alıb, mütərəqqi parlamentarizm ənənələri formalaşıb, xalqlarımız milli və mənəvi yüksəlişə nail olublar.
 

Söhbətdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti və davamlı islahatlar sayəsində Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan bu gün hərtərəfli inkişaf edən, qlobal transmilli layihələri reallaşdıran, beynəlxalq səviyyədə böyük nüfuza malik müasir dövlətə çevrilib. Hazırda ölkəmiz etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.


Fikir mübadiləsi zamanı ölkələr arasında əlaqələrin güclənməsində parlamentlərin önəmli rolu qeyd edilib.

Bildirilib ki, Azərbaycan və Sloveniya qanunverici orqanlarında yaradılmış parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə səmərəli fəaliyyəti əməkdaşlığın möhkəmlənməsinə öz layiqli töhfəsini verməkdədir.

Dostluq qruplarının mütəmadi görüşlərinin, parlament komitələri arasında əlaqələrin qurulmasının, beynəlxalq səviyyədə qarşılıqlı dəstəyin təşviqinin vacibliyindən söhbət açılıb.

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə və uğurlu antiterror tədbirləri nəticəsində erməni işğalına son qoyulduğu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edildiyi diqqətə çatdırılıb. İşğaldan azad edilmiş torpaqlarımızda hazırda genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla həyata keçirildiyi söylənilib.

Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların regionda dayanıqlı sülh və davamlı əməkdaşlıq üçün əlverişli şərait yaratdığı vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, elm, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan və Sloveniyanın qarşılıqlı şəkildə bütün sahələrdə əməkdaşlığın inkişafında və ikitərəfli əlaqələrin şaxələndirilməsində maraqlı olduqları və bunun üçün geniş potensial imkanların mövcudluğu bildirilib.

Tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

"Kasıb həmişə tələsir" – Fərda

"Kasıb həmişə tələsir" – Fərda

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

End of content

No more pages to load

RADİO