Gürcüstan Prezidenti Milli Məclisdə - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

Bu barədə Bizim.Media-ya Milli Məclisdən məlumat verilib.
 

Bildirilib ki, əvvəlcə Gürcüstan Prezidenti Milli Məclisin plenar iclas zalında olub. Sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.


Gürcüstan Prezidentini və rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın Milli Məclisində səmimi salamlayan spiker Sahibə Qafarova bir müddət əvvəl Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

Parlamentin sədri Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycana etməsini xalqlarımız arasında dostluğun, qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib.

Bildirib ki, bu, eyni zamanda, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının bir göstəricisidir. Spiker bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin sədri Gürcüstanla əlaqələrdən danışarkən, xalqlarımızın bütün dövrlərdə həmişə dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşadıqlarını və bu gün də belə olduğunu vurğulayıb. Bu amilin münasibətlərimizin təməlində dayandığını söyləyib.

Spiker diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər.

Bildirilib ki, ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir sıra sahələri əhatə edən çox uğurlu üçtərəfli əməkdaşlıq formatı da mövcuddur. İki ölkə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bu sahədə qarşılıqlı dostluq qruplarının rolunu xüsusi qeyd edib, parlament komitələri arasında əməkdaşlığın vacibliyindən danışıb, deputatlarımızın beynəlxalq parlament təşkilatlarında da sıx əməkdaşlıq etdiklərini vurğulayıb.
 

Spiker bəzi beynəlxalq qurumların ölkələrimizə qarşı qərəzli münasibəti fonunda, parlamentlərimizin beynəlxalq səviyyədə əməkdaşlığının xüsusilə aktual olduğunu qeyd edib.


Söhbətdə spiker Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu diqqətə çatdıraraq, Ermənistanla sülh müqaviləsinin imzalanmasının region üçün böyük perspektivlər açacağına inamını ifadə edib. Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Prezident kimi ilk xarici səfərini Azərbaycana etməsinin önəmini qeyd edib.

O, Prezident İlham Əliyevlə bu gün keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. Bildirib ki, bu çox əhəmiyyətli görüş oldu və qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi baxımından çox faydalı idi. Prezident Mixeil Kavelaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin və strateji tərəfdaşlığının digər ölkələrə bir nümunə olduğunu diqqətə çatdırıb.

O, qeyd edib ki, son illər ölkələrimiz bir sıra çağırışlarla üzləşdi, kənar qüvvələrin ölkələrimizin daxili işlərinə qarışmaq cəhdləri bizə onu göstərdi ki, biz milli və ailə dəyərlərimizi, tariximizi, ənənələrimizi müdafiə etməliyik.

Bir-birimizi dəstəkləməyimiz vacibdir və böyük əhəmiyyət kəsb edir. İki ölkənin parlamentlərarası əlaqələrinin də yüksək səviyyədə olduğunu deyən Gürcüstan Prezidenti bu baxımdan qarşılıqlı səfərlərin rolunu qeyd edib.

Görüşdə iki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsinin gələcəyimiz üçün böyük önəm daşıdığı diqqətə çatdırılıb.
 

Prezident Mixeil Kavelaşvili Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanın əldə olunmasını alqışladıqlarını və tezliklə sülh müqaviləsinin imzalanacağına inandıqlarını diqqətə çatdırıb. O, bildirib ki, sülh müqaviləsinin imzalanması regionda sülh və sabitliyi təmin edəcək.


Cənubi Qafqaz regionunun böyük potensialının olduğunu vurğulayan Gürcüstanın dövlət başçısı bu potensialdan geniş istifadə olunmasının vacibliyini söyləyib.

Söhbət zamanı digər mövzularda da fikir mübadiləsi aparılıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

"Kasıb həmişə tələsir" – Fərda

"Kasıb həmişə tələsir" – Fərda

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

End of content

No more pages to load

RADİO