Bakı Təşəbbüs Qrupu öz saytında petisiya BAŞLADIB

Aprelin 15-də BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri ilə birgə təşkil etdiyi "Dekolonizasiya: Sakit inqilab" konfransının iştirakçıları tədbirin sonunda Müstəmləkəçilik zülmünün tanınması və təzminatların ödənilməsi tələbi İlə bağlı petisiya başladıblar.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, petisiyada müstəmləkəçilik zülmünə məruz qalmış xalqlara vurulmuş maddi və mənəvi zərərlərin beynəlxalq səviyyədə tanınması və təzminatların ödənilməsi tələb edilir.
 

Müstəmləkə rejimlərinin siyasətinin milyonlarla insanın istismarına, köləliyə, etnik ayrı-seçkiliyə və ciddi sosial-iqtisadi böhranlara səbəb olduğu, müstəmləkə idarəçiliyinin fəsadlarının bu gün də davam etdiyi qeyd edilib.


Əsrlər boyu müstəmləkə imperiyalarının işğal etdikləri xalqların hesabına öz sərvətlərini artırdığı, onların təbii resurslarını talan etdiyi, milli kimliyi məhv etdiyi və zorakı yolla öz hökmranlıqlarını davam etdirdikləri vurğulanıb.

Bu xüsusda, Fransa və Niderland kimi müstəmləkəçi rejimlər, imperiya dövründə qurulmuş sistemlərdən hələ də faydalandıqları qeyd edilərək, müstəmləkəçiliyin təsirinə məruz qalan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Qvadelupa, Uollis və Futuna, Martinika, Fransız Qvianası, Sint-Martin, Boneyra, Reyunyon və Mayot kimi ərazilərin bu gün də ədalətsiz ticarət sistemləri, qanunsuz maliyyə axınları və məcburi borc yükü kimi problemlərlə mübarizə aparırdıqları diqqətə çatdırılıb.

Ləyaqətli təzminatın yalnız mənəvi məsələ olmadığı, bunun, qlobal ədalət və dayanıqlı inkişaf üçün zərurət olduğu qeyd olunub.

Təzminatın bir çox beynəlxalq hüquqi sənədlərdə öz əksini tapdığı, bu xüsusda BMT Baş Assambleyasının 1514 (XV) saylı qətnaməsi, BMT-nin 2001-ci il Durban Bəyannaməsi, BMT-nin sənədləri kimi yayılmış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 oktyabr 2023-cü ildə Bakıda keçirilmiş “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” və 21 noyabr 2023-cü ildə Bakıda keçirilmiş “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciəti və digərləri qeyd olunub.
 

Sonda petisiyada tarixi məsuliyyətin tanınması, kolonial rejimlər tərəfindən rəsmi üzrxahlığın ifadə edilməsi, layiqli kompensasiyanın ödənilməsi, borcların silinməsi və iqtisadi dəstəyin göstərilməsi, sosial və mədəni dəstəyin təmin edilməsi, ətraf mühitə vurulan ziyanın tanınması kimi tələblər irəli sürülüb.


Petisiya ilə buradan tanış olmaq mümkündür:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Tramp İranla bağlı qərarını DƏYİŞDİ

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Tonqaldakı partlayışda yaralananların SON DURUMU

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Gəncə Universitetindən AÇIQLAMA – “Vəfat edən Fərman Əlizadə tələbəmiz deyil” - FOTO

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan XİN: “Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik”

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üzləşib

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

Özbəkistandan Azərbaycana pul köçürmələri artıb

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

"Stammtisch"in güclü SİRRİ – Dost tapmaq niyə bu qədər çətindir?

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Hövsanda müəllim həyat yoldaşını qətlə yetirən şəxs HƏBS olundu

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Ermənistanın yeni Konstitusiyasının hüquqi hissəsinə dair mətn hazırdır

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

"Kasıb həmişə tələsir" – Fərda

"Kasıb həmişə tələsir" – Fərda

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

End of content

No more pages to load

RADİO