Makron Ərdoğanla görüşə niyə can atır? – Politoloq gizli məqamı AÇIQLADI

Son şillə biabırçılıqları, pərt olmaqlarından sonra Fransa prezidenti Emanuel Makron istənilən ciddi platforma ilə liderlik imicini formalaşdırmaq istəyir. Heç Fransa vətəndaşlarına da sirr deyil ki, Makronun hakimiyyətə gəlişi yalnız islamafob və ermənipərəst çıxışları ilə yadda qalıb.

Bu isə o deməkdir ki, Makron nə fransızlar, nə də Avropa qitəsi üçün əlamətdar bir ideya ilə çıxış etməyib. Türkiyə liderinin də ötənlərdə “Makronun həkimə ehtiyacı var” sözləri Emanuelin Eyfel xəyallarını qarışdırıb. Lakin buna baxmayaraq Paşinyanla qucaqlaşan Makron Ərdoğanla da görüşə can atır. Niyə?

Bizim.Media bu suala cavab tapmaq üçün millət vəkili Elman Nəsirova müraciət etdik. Deputat bildirdi ki, iyunun 14-də NATO-nun zirvə görüşü ərəfəsində Makronun Ərdoğanla görüşəcəyi barədə məlumatlar yayılıb.

Vurğulanır ki, görüşün keçirilməsində təşəbbüskar Makrondur:

“Suallar yaranır ki, son dövrlər Makron Fransası ilə Türkiyə münasibətlərində gərginlik yaşanmaqdadır. Baxmayaraq ki, hər iki ölkə NATO üzvüdür və deməli Şimal Alyansı üzrə hərbi müttəfiqdirlər. Belə olan vəziyyətdə iki dövlət arasındakı məlum ziddiyyətlər fonunda belə bir görüşün keçirilməsində Makronun çox maraqlı olmasının hansı amillər şərtləndirə bilər? 
 

Əvvəla onu qeyd eləyim ki, NATO üzrə müttəfiqlər olan Fransa və Türkiyə arasında münasibətlərin gərginləşməsinin səbəbkarı Emanuel Makronun özüdür.


Bir çox hallarda onun Ankaranı əsassız ittiham etməsi, birmənalı şəkildə Yuinanıstanın yanında olması, Aralıq dənizi regionunda Türkiyə-Yunanıstan arasında formalaşmış ziddiyyətlər fonunda rəsmi Afinanı açıq şəkildə müdafiə etməsi, Vətən Müharibəsi dövründə Makron “ermənidən daha çox erməni” olmaq niyyətini gizlətməməsi, İrəvana dəstəklə bağlı mövqeyini nəinki fransızca, daha çox erməni dilində ifadə etməsi, “Twitter” səhifələrində ermənicə Ermənistana olan məhəbbətini izhar etməsi kimi faktlar diqqətdən yayınmır”.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Makronla Qarabağı müzakirə edəcək


Elman Nəsirov Makronun Ərdoğana olan neqativ münasibətindən də söz açaraq bildirdi ki, Türkiyə lideri də buna cavab olaraq Makronu qeyri-ciddi siyasətçi adlandırıb. Makronun anti-Türkiyə mövqeyi Paris-Ankara münasibətlərinə xeyli kölgə salıb. İndiki məqamda belə bir görüşün keçirilməsində Makronun maraqlı olmasını şərtləndirən əsas amil isə onunla bağlıdır ki, “Makronun Fransadakı nüfuzu son dərəcə aşağı düşüb. Reytinqi olduqca aşağıdır. Hətta Fransada yüzlərin məktubu deyilən bir sənəd də ortaya çıxıb. Sənədi Fransa generalları imzalayıb və onlar Makronun hərbi-siyasi səhvləri dilə gətirir, ona etiraz edirlər. Eyni zamanda ölkə əhalisi arasında da Makronun reytinqi olduqca aşağıdır. 
 

Şarl de Qoll dirilib Frasnsa xalqına əmanət etdiyi 5-ci respubliklanın başında Makronun dayandığını görsəydi, yəqin ki, de Qoll yenidən o dünyaya qayıdardı. Yəni o Fransaya belə 5-ci respublikla əmanət etməyib. Makron bu respublikanı xeyli zəiflətdi”.


Millət vəkilinin fikrincə, Makronun sözügedən görüş istəyi onunla əlaqəlidir ki, Ərdoğan kifayət qədər nüfuzlu siyasətçidir:

“Ona görə də mövqeləri kifayət qədər zəifləmiş Makronun nüfuzlu bir siyasi lider olan Ərdoğanla görüşünün keçirilməsi Emanuelə siyasi dividendlər gətirə bilər. Ərdoğan onunla görüşə razılıq versə, Makronun enməkdə olan nüfuzu qalxa bilər.  Hesab edirəm ki, bu cür qiymətləndirmək lazımdır. Eyni zamanda, Türkiyənin də bu tip görüşün baş tutmasında maraqlı olması anlaşılandır. Çünki bu danışıqlarda Suriya, Liviya ətrafındakı vəziyyət müzakirə olunacaq. Həmçinin Qarabağ münaqişəsindən sonrakı müəyyən tənzimləmə məsələləri barədə də diskussiyalar istisna deyil. Artıq bunun anonsu verilib.

Cənab Ərdoğanın Ermənistanın Azərbaycana qarşı mina müharibəsi aparmaq siyasətini qabardacağı bəllidir. Çünki bu məsələ ilə bağlı Türkiyə liderinin prinsipial mövqeyi var”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı ALACAQ

Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı ALACAQ

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ

Qazaxıstanda ZƏLZƏLƏ OLDU

Qazaxıstanda ZƏLZƏLƏ OLDU

Dörd bürc tezliklə elə mesaj alacaq ki...

Dörd bürc tezliklə elə mesaj alacaq ki...

Ukrayna dronları Rusiyanın ən iri kimya zavoduna HÜCUM ETDİ - FOTO

Ukrayna dronları Rusiyanın ən iri kimya zavoduna HÜCUM ETDİ - FOTO

Vardanyan BU MADDƏLƏRLƏ ittiham edildi - FOTO

Vardanyan BU MADDƏLƏRLƏ ittiham edildi - FOTO

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

"Baku electronics"in "biabır" olduğu post saxta imiş — Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO

"Baku electronics"in "biabır" olduğu post saxta imiş — Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO

"Nyukasl"a qol vurmağa hazıram" - Kamilo Duran

"Nyukasl"a qol vurmağa hazıram" - Kamilo Duran

Tiktoker "Renka" SAXLANILDI

Tiktoker "Renka" SAXLANILDI

End of content

No more pages to load

RADİO