Mədət Quliyev Türkiyə səfirini qəbul etdi - FOTO

Bu gün müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçını qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Mədət Quliyev səfir Cahid Bağçını təyinatı münasibətilə təbrik edərək, onun iki qardaş ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

Nazir bildirib ki, dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələri mövcuddur. Görüş zamanı bu sahədə gələcək inkişaf perspektivləri müzakirə edilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

M. Quliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev uzaqgörən siyasət yürüdərək Azərbaycana qarşı ikili standartlar tətbiq edən bir sıra dünya ölkələrinin və xarici təşkilatların gələcəkdə ölkəmizə silah satmaqdan imtina edə biləcəyi ehtimalını gözə alaraq 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması təşəbbüsünü irəli sürüb.

Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar zamanı yerli hərbi sənayemizin istehsalı olan bir sıra silah və texnikalardan aktiv istifadə edilməsi bu qərarın düzgün və zamanında qəbul edildiyini bir daha sübut edib.

Nazir xalqımızın möhtəşəm qələbəsi ilə bitən Vətən müharibəsi dövründə Türkiyənin dövlətimizə verdiyi mənəvi və siyasi dəstəyi yüksək qiymətləndirdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətlərinin iki qardaş ölkə arasında çoxəsrlik dostluq əlaqələrinin daha da inkişafına zəmin yaratdığını vurğulayıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı ALACAQ

Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı ALACAQ

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ

Qazaxıstanda ZƏLZƏLƏ OLDU

Qazaxıstanda ZƏLZƏLƏ OLDU

Dörd bürc tezliklə elə mesaj alacaq ki...

Dörd bürc tezliklə elə mesaj alacaq ki...

Ukrayna dronları Rusiyanın ən iri kimya zavoduna HÜCUM ETDİ - FOTO

Ukrayna dronları Rusiyanın ən iri kimya zavoduna HÜCUM ETDİ - FOTO

Vardanyan BU MADDƏLƏRLƏ ittiham edildi - FOTO

Vardanyan BU MADDƏLƏRLƏ ittiham edildi - FOTO

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

"Baku electronics"in "biabır" olduğu post saxta imiş — Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO

"Baku electronics"in "biabır" olduğu post saxta imiş — Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO

"Nyukasl"a qol vurmağa hazıram" - Kamilo Duran

"Nyukasl"a qol vurmağa hazıram" - Kamilo Duran

Tiktoker "Renka" SAXLANILDI

Tiktoker "Renka" SAXLANILDI

End of content

No more pages to load

RADİO