Qlobal xəritələrdə Azərbaycana XƏYANƏT - Adlar nə vaxt DÜZGÜN yazılacaq? - FOTO

İşğaldan azad edilmiş rayonların adlarının qlobal xəritələrdə istifadəsi məsələsi yenidən gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında bu məsələyə münasibət bildirib.

O, qeyd edib ki, qlobal xəritələrdə işğaldan azad edilən rayonların adları, ərazidəki digər coğrafi adlar hələ də iki dildə- Azərbaycan və erməni dillərində verilir:
 

MÖVZU İLƏ BAĞLI:

150 min manatlıq LAYİHƏ: Qarabağla bağlı məlumatlar “Google"a inteqrasiya ediləcək


“Ötən müddət ərzində qlobal xəritə xidmətləri göstərən şirkətlərin (Google, Apple, Yandex, OpenStreetMap və s.) istifadə edəcəyi milli datalarla bağlı ölkə qanunvericiliyində müəyyən dəyişikliklər edilib, dövlət qurumları arasında səlahiyyət bölgüsü dəqiqləşib və kordinasiya məsələsi həll edilib”.

Qlobal xəritə şirkətlərinin coğrafi adlarla bağlı milli datamıza istinad edilməsi necə təşkil olunub?

Məsələyə toxunan Osman Gündüz hesab edir ki, Nazirlər Kabinetinin  yuxarıda adı çəkilən Sərəncamına uyğun olaraq qlobal resurslarda milli coğrafi adlarımızın təhrif olunmasının qarşısının alınması istiqamətində XİN əlaqəli qurumlarla birgə addımlar atmalıydı:

“Göründüyü kimin bu istiqamətdə rəqəmsal milli data hazır olsa da, onun tətbiqi istiqamətində atılan addımlar hələlik yetərli olmayıb. Bildiyim qədər hazırda XİN bu istiqamətdə işləri davam etdirir. XİN qanunvericiliyə uyğun olaraq hazırlanmış milli xəritə datalarının əldə edilməsi üçün qlobal şirkətlərlə kommunikasiyaları gücləndirməlidir. Bu məqsədlə internet ictimaiyyətinin, diasporanın potensialından effektiv istifadə edilməlidir”.

Ekspert onu da əlavə edib ki, internet ictimaiyyətinin təhrif olunan coğrafi adlarla, eləcə də bu adların iki dildə yazılmasının qarşının alınması ilə bağlı dövlət tərəfindən müəyyən olunan dəqiq coğrafi adlarımıza istinad etməklə qlobal xəritə şirkətlərinə müraciətlər etməsi faydalı olardı: 

“Düşünürəm ki, işğaldan azad edilən rayonlarımızın adlarının da azad edilməsi və düzgün yazılışı, Azərbaycan dilinin qlobal dünyada düzgün istifadəsi üçün vətəndaş cəmiyyətinin səylərinin gücləndirilməsinə ciddi ehtiyac var”.

Qeyd edək ki, qlobal xəritələrin istifadəsi istiqamətində konkret bu addımlar atılıb:

Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.
 

Ekologia və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya” dövlət şirkəti rəqəmsal xəritələri və datanı hazırlayıb. Coğrafi adların elektron bazası, transliterasiyası, düzgün yazılışı, AMEA -nın Dilçilik və Coğrafiya üzrə qurumları tərəfindən hazırlanıb. Nazirlər Kabinetinin Qaydaları təsdiqlənib.


ETSN və NRYTN MHM coğrafi adlarla bağlı rəqəmsal datanı, 11 adda açıq coğrafi məlumatları NRYTN -nin Açıq Məlumat Portalına- OPENDATA.az -a yerləşdirib, maraqlı tərəflər və qlobal xəritə şirkətləri üçün APİ servislər hazırlanıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı ALACAQ

Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı ALACAQ

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ

Qazaxıstanda ZƏLZƏLƏ OLDU

Qazaxıstanda ZƏLZƏLƏ OLDU

Dörd bürc tezliklə elə mesaj alacaq ki...

Dörd bürc tezliklə elə mesaj alacaq ki...

Ukrayna dronları Rusiyanın ən iri kimya zavoduna HÜCUM ETDİ - FOTO

Ukrayna dronları Rusiyanın ən iri kimya zavoduna HÜCUM ETDİ - FOTO

Vardanyan BU MADDƏLƏRLƏ ittiham edildi - FOTO

Vardanyan BU MADDƏLƏRLƏ ittiham edildi - FOTO

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

"Baku electronics"in "biabır" olduğu post saxta imiş — Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO

"Baku electronics"in "biabır" olduğu post saxta imiş — Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO

"Nyukasl"a qol vurmağa hazıram" - Kamilo Duran

"Nyukasl"a qol vurmağa hazıram" - Kamilo Duran

Tiktoker "Renka" SAXLANILDI

Tiktoker "Renka" SAXLANILDI

End of content

No more pages to load

RADİO