“20 iyunda Ermənistanda terror, çevriliş ola bilər” – Qərb İrəvanda kimi NƏZARƏTƏ GÖTÜRÜB?  

“Ermənistanın hazırkı vəziyyəti son dərəcə gərgin, xaotik və qatma-qarışıqdır. Belə şəraitdə qanun haqqında danışmağa dəymir, heç bir qüvvə qanunların tələblərinə riayət eləmir. Onlar bütün işlərini qaydasız döyüşlər əsnasında görürlər. Hər şeyi gözləmək olar. Hər şeyi. Terror, dövlət çevrilişi ola bilər. Vətəndaş müharibəsinin çalarları artıq var. Yəni, bu bir faktdır”.

Bu fikirləri Bizim.Media ilə dialoq zamanı açıqlayan politoloq Tofiq Abbasov Ermənistanla bağlı proqnoz verməyin çətin olduğunu dilə gətirdi. Çünki erməni siyasi dairəsi başıpozuqluq atmosferində yaşayır:

“Və onlar bunu yavaş-yavaş normaya çeviriblər. Ona görə də məsələlərin bir çoxu talenin hökmünə buraxılıb. Digər tərəfdən, insanlar qeyri-qanuni vasitələrdən geniş istifadə edirlər, hazırlıqlar aparırlar.

Ola bilsin ki, əgər mərkəzi seçki komissiyası prosesləri öz nəzarətində saxlaya bilməsə, onda ümumiyyətlə orada bütün proseslər pozulacaq. Ermənistan onsuz da şərti bir tərzdə siyasi subyekt kimi qarşılanır, çünki orada konstitusiyanın bütün maddələri pozulub. Bundan başqa, hakimiyyət bütün proseslərə nəzarət edə bilmir. Yəni, nəzarəti itirib.

Bundan dolayı Paşinyanın özü, onun ətrafı həm qorxurlar, həm də digərlərini təşvişə salırlar. O birilər də boş oturmayıblar. Qarabağ klanı deyilən dəstənin də ən azı iki lideri – Serj Sarkisyan və Robert Koçaryan ayrı-ayrı blokları təmsil etsələr də, onların vahid düşməni var.

İstisna etmirəm ki, sonda, hansısa bir məqamda Koçaryan dəstəsi ilə Sarkisyan dəstəsi arasında ixtilaflar düşsün.

O da ola bilər. Çünki artıq onların bağlılığı, həmrəngliyi, həmkarlığı yoxdur. Əksinə onlar bir-birilə düşmən kimi davranır və bir-birini qəbul etmirlər. 

Ancaq onların ortaq düşməni olduğundan ola bilsin ki, Robertlə Serj bilmədən bir-birinə dəstək versinlər. Buna görə də proqnoz vermək qəlizdir. Bununla yanaşı Ermənistanda hər şey gözləmək olar və gözləməyə dəyər. Ermənilər terror və zorakılığı istifadə etməkdən heç vaxt çəkinmirlər. Əksinə qan tökmək sanki bunlarda ənənəyə çevrilib. 

Düzdür, burada Kremlin da iştirakı ola bilər. Çünki Rusiya Cənubi Qafqazda, xüsusilə də Ermənistanda təmsil olunan bir məmləkətdir. ABŞ-ın Ermənistanda böyük (2 minə yaxın əməkdaş) səfirliyi var. Yəni, onlar da boş oturmayacaqlar. Fransanın da müdaxilələri sezilir.

Bu səbəbdən, xarici qüvvələr çalışacaq ki, Ermənistanda konsensusa bənzər bir şərait yaratsınlar ki, ermənilər çox ağır sınaq dövründən nisbətən normal və itkisiz çılxa bilsinlər”. 

Politoloqun fikrinə əlavə olaraq qeyd edək ki, 2014-cü ildə Tayland uğrunda ABŞ və Rusiya siyasi dairələrinin mübarizəsində qalib tərəf Fransa oldu.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı ALACAQ

Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı ALACAQ

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ

Qazaxıstanda ZƏLZƏLƏ OLDU

Qazaxıstanda ZƏLZƏLƏ OLDU

Dörd bürc tezliklə elə mesaj alacaq ki...

Dörd bürc tezliklə elə mesaj alacaq ki...

Ukrayna dronları Rusiyanın ən iri kimya zavoduna HÜCUM ETDİ - FOTO

Ukrayna dronları Rusiyanın ən iri kimya zavoduna HÜCUM ETDİ - FOTO

Vardanyan BU MADDƏLƏRLƏ ittiham edildi - FOTO

Vardanyan BU MADDƏLƏRLƏ ittiham edildi - FOTO

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

"Baku electronics"in "biabır" olduğu post saxta imiş — Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO

"Baku electronics"in "biabır" olduğu post saxta imiş — Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO

"Nyukasl"a qol vurmağa hazıram" - Kamilo Duran

"Nyukasl"a qol vurmağa hazıram" - Kamilo Duran

Tiktoker "Renka" SAXLANILDI

Tiktoker "Renka" SAXLANILDI

End of content

No more pages to load

RADİO