Prezident İlham Əliyev Ramiz Məmmədovun vəfatı ilə bağlı başsağlığı verdi

Prezident İlham Əliyev Coğrafiya sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Mahmud oğlu Məmmədovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Bizim.Media xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Coğrafiya sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Mahmud oğlu Məmmədov 2021-ci il iyunun 7-də ömrünün yetmiş ikinci ilində vəfat etmişdir.

Ramiz Məmmədov 1950-ci il fevral ayının 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra o, 1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil almış, 1974–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda təcrübə keçmiş və 1977–1980-ci illərdə həmin İnstitutun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Elmi Tədqiqat Stansiyasında kiçik elmi işçi kimi başlayan Ramiz Məmmədov 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində laboratoriya və şöbə müdiri vəzifələrində çalışmış, 1986–1991-ci illərdə elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Geologiya və Coğrafiya institutlarında davam etdirmiş, 1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995-ci ildən isə həmin İnstitutun elmi işlər üzrə direktor müavini işləmişdir. O, 2012-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru olmuşdur.

Ramiz Məmmədov 1980-ci ildə okeanologiya ixtisası üzrə namizədlik, 1996-cı ildə hidrologiya, su ehtiyatları və hidrokimya ixtisası üzrə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Ramiz Məmmədovun tədqiqatlarının əsas istiqamətlərini Xəzər dənizinin aktual problemləri – iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri, habelə Xəzərin geofizikası və ekocoğrafiyası məsələləri təşkil etmişdir. Coğrafiyaşünas-alim, həmçinin Azərbaycanda səhralaşma prosesinin, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi problemlərinin əhatəli öyrənilməsinə xüsusi diqqət yetirmişdir.

Ramiz Məmmədov ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan 300-dək elmi əsərin müəllifidir.

Məhsuldar elmi fəaliyyətlə yanaşı, yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə böyük qüvvə sərf edən alimin rəhbərliyi ilə coğrafiya sahəsində 20-yə yaxın fəlsəfə və elmlər doktoru hazırlanmışdır. Ramiz Məmmədov bir sıra beynəlxalq ekspedisiyaların iştirakçısı olmuş, mötəbər konfrans və simpoziumlardakı çoxsaylı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Akademik Ramiz Məmmədovun səmərəli elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Ramiz Mahmud oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ramiz Mehdiyev

Akif Əlizadə

İbrahim Quliyev

Arif Həşimov

Rasim Əliquliyev".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

End of content

No more pages to load

RADİO