Kəlbəcərdə mina sonradan basdırılmayıb - RƏSMİ 

Baş Prokurorluq Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olduğu hadisə ilə bağlı daha bir məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

“4 iyun 2021-ci il tarixdə media və dövlət qurumlarının əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək 3 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması ilə faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Təəssüf hissi ilə bildiririk ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hadisənin baş verməsi ilə əlaqədar əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılmaqdadır.

Odur ki, Baş Prokurorluq hadisənin baş vermə səbəbləri və mexanizmi barədə aşağıdakıları qeyd edir:

Aparılmış ilkin istintaqla müəyyən edilib ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir.

Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240 x 230 sm ölçülərində 97 sm dərinliyində çuxur və 1 ədəd tam yararsız hala düşmüş “Kamaz” markalı sərnişin avtomobili aşkar olunub.

Hadisənin baş vermə səbəblərinə gəldikdə isə, partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə 1 ədəd mina olub. Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olmuş, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub.

Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal olunur.

Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.

Cinayət işi üzrə istintaq davam edir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

End of content

No more pages to load

RADİO