“Türkiyə və Fransa Cənubi Qafqazda Azərbaycan və Ermənistanın rifanını təmin edəcək davamlı sülhü birlikdə dəstəkləyə bilər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “L'Opinion” qəzetində dərc olunan məqalədə bildirib.
Çavuşoğlu qeyd edib ki, əgər ekstremist ermənilərin əsassız tələblərinə görə Türkiyə-Fransa əlaqələrinin girov götürülməsinə mane olunarsa, Türkiyə və Fransa ortaq səyləri ilə Cənubi Qafqazın sabitliyinə daha yaxşı töhfə verə bilər.
Bizim.Media