Azərbaycanın Xarici işlər nazirliyi Pakistanda onlarla insanın ölümünə səbəb olmuş qatar qəzası ilə bağlı baş sağlığı verib.
Bizim.Media-nın məlumatına görə, bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.
“Baş verən ölümcül qatar qəzası xəbəri bizi çox kədərləndirdi. Həyatını itirən 30 sərnişinin ailəsinə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını diləyirik. Dualarımız qardaş Pakistanladır”,- deyə qeyd edilib.
Bizim.Media