“Ermənistan barbar siyasət yürüdən, mülki insanları hədəf alan bir dövlətdir” - Hikmət Hacıyev

“Kəlbəcərdə mina partlayışı faktı bir daha onu göstərir ki, Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mülki insanlarını hədəf alan siyasət yeridir”.

Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan AZTV-nin operatoru Sirac Abışovla vida zamanı jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyev bildirib ki, beynəlxalq səviyyədə qəbul olunmuş sənədlərdə jurnalistlərin hərbi əməliyyatlar zamanı fəaliyyəti mülki insanlara bərabər tutula biləcək haldır:

“Yəni jurnalistin qətlə yetirilməsi və yaxud da bilərəkdən öldürülməsi, onun mina qurbanı olması mülki insanlara qarşı həyata keçirilmiş cinayətlər səviyyəsində ehtiva olunan cinayət əməlidir. Bu cinayətin məsuliyyətini Ermənistan bilavasitə daşıyır”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, mina xəritələri ilə bağlı məsələ beynəlxalq tərəfdaşlar qarşısında qaldırılıb:

“Bütün beynəlxalq təşkilatlar çərçivəsində məsələ qaldırılır ki, Ermənistan mina xəritələrini təhvil verməlidir. Bu, eyni zamanda, Ermənistanın özünün məsuliyyəti və öhdəliyidir. Biz burada sivil qaydalardan və sivil dünyadan tamamilə kənar olan, barbar siyasət yürüdən, mülki insanları hədəf alan və məqsədyönlü şəkildə mülki insanların öldürülməsi siyasəti yürüdən bir dövlətdən danışırıq. Biz onların digər barbar əməllərini də görmüşük. Amma bunun müqabilində xəritələr təqdim olunana qədər Prezidentin tapşırığı əsasında Azərbaycan Respublikasının aidiyyəti strukturları tərəfindən intensiv şəkildə işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatı aparılır. Bura piyada əleyhinə, tank əleyhinə minalar və digər ciddi təhlükə yaradan partlamamış mərmilər, silah və sursatlar daxildir. Ermənistanın mina fəaliyyətinə qısaca baxdıqda görərik ki, bu minalar hər hansı hərbi zərurət olmayan məntəqələrdə basdırılıb. Deməli, burada da məqsəd mülki insanları öldürmək olub. Mülki şəxslər, yaxud tikinti işləri aparan insanlar təsadüfi şəkildə bu minaların qurbanı olurlar. Təmas xətti boyunca minaların düzülməsi tutaq ki, hərbi zərurət tələb edə bilər, amma Sirac qardaşımızın, Məhərrəm qardaşımızın həlak olduğu yerə baxsaq görərik ki, hadisə kəndin girəcəyindəki yolda baş verib. Bura hər hansı təmas xəttindən və təmas məntəqəsindən tamamilə kənardır. Deməli, məqsəd yalnız mülki insanları öldürməkdir”.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikası tərəfindən minalarla bağlı artıq dövlət ittihamı səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında məsələ qaldırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

"Qalatasaray" "Yuventus"u DARMADAĞIN ETDİ - VİDEO

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

NZS-də fevralın 20-dək SU OLMAYACAQ

Gəncədə ağır qəza - Xəsarət alanlar var

Gəncədə ağır qəza - Xəsarət alanlar var

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

PSJ-nin ulduzu “Arsenal”a KEÇƏ BİLƏR

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu KEÇİRİLDİ - FOTO

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

Cenevrədəki Ukrayna üzrə danışıqlar SABAH davam etdiriləcək

"Buna görə Novruz bayramında sevinmirəm"

"Buna görə Novruz bayramında sevinmirəm"

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

Ərdoğan: “İsrailin Somalilendi tanıması yeni münaqişələrə səbəb ola bilər” - VİDEO

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə bağladı

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

Kirpik qaynağı etdirənlər, DİQQƏTLİ OLUN! - Həkimlər xəbərdarlıq edirlər

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

"İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

Zeynəb Xanlarova uzun müddət sonra… - FOTO

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

İran Hörmüz boğazını BAĞLADI

İran Hörmüz boğazını BAĞLADI

Ən yüksək balı onlar TOPLADI

Ən yüksək balı onlar TOPLADI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

Cenevrədə keçirilən Ukrayna üzrə danışıqlar YEKUNLAŞDI

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Ürəyimlə ciyərimin ortasında şiş yarandı” - VİDEO

“Fənərbağça”da CİDDİ İTKİ

“Fənərbağça”da CİDDİ İTKİ

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Quxuroba kəndinin problemləri dinlənildi - FOTO

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

İran ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün təkliflər TƏQDİM EDƏCƏK

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

“Qarabağ” “Nyukasl”la oyun üçün son məşqinə çıxdı - FOTO/VİDEO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb - FOTO

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

“Hicaba görə uşaqları təhsildən yayındırmırıq, sadəcə qanuna riayət etməyə çağırırıq”

End of content

No more pages to load

RADİO