“Mina partlayışları nəticəsində mülki itkilərin qarşısı alınmalıdı”
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano Kəlbəcərdə mina partlayışı nəticəsində mülki vətəndaşların həlak olması ilə bağlı paylaşımında qeyd edib.
Bildirib ki, ərazilərin minalardan təmizlənməsi üçün bütün məlumatlar mübadilə edilməlidir. Aİ rəsmisi Azərbaycan və Ermənistanı humanitar məsələləri həll etməyə çağırıb.
Bizim.Media