ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker 6-13 iyun tarixlərində Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.
Bizim.Media "Ria Novosti"yə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda F.Riker hökumət, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşəcək və Qarabağdakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcək.
Bizim.Media