Əlcəzairin Azərbaycandakı səfirliyi Kəlbəcərdə mina partlayışı nəticəsində iki jurnalistin və bir vəzifəli şəxsin həlak olması ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.
"Əlcəzairin Azərbaycandakı səfirliyi Kəlbəcərdə mina partlayışı nəticəsində iki jurnalistin və bir məmurun həlak olması xəbərini kədərlə qarşıladı. Azərbaycana, mətbuata və həlak olanların ailələrinə səmimi başsağlığı veririk. Məkanları cənnət olsun, ailələrinə və dostlarına səbr diləyirik”.
Bizim.Media