Terror və LGBT-nin SPONSORU - USAİD-lə bağlı SENSASİON FAKTLAR

Məlum olduğu kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinə start verilib. Bundan əlavə, USAİD-in Vaşinqtonda yerləşən baş qərargahı Tramp administrasiyasının qərarı ilə bağlanıb.

Üstəlik, təşkilatın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar da üzə çıxıb. Belə ki, ABŞ Dövlət Departamentinin Mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatda USAID proqramlarının əhəmiyyətli hissəsinin ABŞ-ın əsas maraqlarına cavab vermədiyi qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

USAİD-in maliyyələşdirdiyi KİV-lər üçün qrantlar DAYANDIRILIR - VİDEO


Digər mühüm məqam isə ondan ibarətdir ki, USAİD korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. Eyni zamanda, İlon Mask açıq şəkildə USAİD-i cinayətkarlıqda ittiham edib.

USAİD mətbuatı necə ələ alıb?

Araşdırmalar davam etdikcə USAİD-lə bağlı daha tragikomik faktlar üzə çıxıb. Belə ki, əsl məqsədinin inkişaf etməkdə olan ölkələrə maddi və mənəvi dəstək vermək olduğu iddia olunan USAİD əslində təxribatçılıqla məşğul olub.

Nəzərə almaq vacibdir ki, ABŞ daim özünü demokratiyanın və söz azadlığının beşiyi kimi təqdim edib. Hər fürsətdə müstəqil siyasət yürüdən ölkələr “söz azadlığının boğulması” ittihamı ilə Ağ Ev tərəfindən təzyiqlərə məruz qoyulub. Lakin son məlumatlar göstərir ki, USAİD-in büdcəsinin böyük hissəsi dünyanın müxtəlif ölkələrində mətbuatı, jurnalistləri ələ almaq üçün sərf olunub.

Amerikanın özündə də oxşar addımlar atılıb. ABŞ Prezidenti Donald Tramp şəxsən özü USAİD-in büdcəsindən mətbuatı ələ almaq üçün milyardlarla vəsait xərcləndiyini ifşa edib:

“”Politico” ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) Demokratlar Partiyası haqqında müsbət məqalələr dərc etdiyinə görə 8 milyon dollar alıb. Görünür, USAID və digər agentliklərdən milyardlarla dollar oğurlanıb, bunun çoxu demokratlar haqqında gözəl hekayələr yaratmaq üçün saxta xəbər agentliklərinə ödənilib”, - Tramp “Truth Social” hesabında yazıb.

Son məlumatlara görə, USAİD dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib.

Terror və narkotikin sponsoru - USAİD

USAİD-lə bağlı araşdırmalar daha maraqlı məqamları da ortaya çıxarıb. Belə ki, Ağ EV USAİD-in dünya üzrə maliyyələşdirdiyi bəzi layihələr haqqında məlumat yayıb. Həmin layihələrə nəzər saldıqda USAİD-in əsl siması da üzə çıxır.

Məsələn, USAİD tərəfindən terror təşkilatlarına maliyyə vəsaitlərinin ayırıldığı məlum olub. Belə ki, ABŞ-da qadağan olunmuş "Əl-Qaidə"terror təşkilatı ilə əlaqəli suriyalı silahlıların qidalanmasına yüz minlərlə dollar vəsait xərclənib.

Bundan əlavə, yüz milyonlarla dollar məbləğində pul Əfqanıstanda suvarma kanallarının tikintisinə və gübrə alınmasına sərf olunub. Ağ Evin bəyanatına görə bütün bu vəsaitlər heroin istehsalında istifadə olunub.

LGBT təbliğatına xərclənən milyonlar

USAİD-in ən səxavətli olduğu sahələrdən biri də müxtəlif ölkələrdə LGBT hərəkatlarının dəstəklənməsi olub. Ağ Evin rəsmən açıqladığı məlumatlara görə, USAİD müxtəlif dövrlərdə Kolumbiyada transgenderlərlə bağlı operanın səhnələşdirilməsinə 47 min dollar, Peruda transgenderlələ bağlı cizgi romanların dərc olunmasına isə 32 min dollar xərcləyib.

Bunlar daha kiçik və sırf təbliğata yönələn xərclərdir. Təəssüflər olsun ki, USAİD birbaşa olaraq transgender əməliyyatlarını da maliyyələşdirib. Belə ki, Latın Amerikası ölkəsi olan Qvatemalada Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığı layihələrində USAİD 2 milyon dollar vəsait ayırıb.

USAİD-in Azərbaycandakı fəaliyyəti

USAİD-in qaranlıq fəaliyyətləri Azərbaycandan da yan keçməyib. Belə ki, Agentlik “vətəndaş cəmiyyətinə dəstək” adı altında bir sıra təxribatçı addımlar atıb. Məlumat üçün qeyd edək ki, Azərbaycanda USAİD 34 ilə yaxın fəaliyyət göstərib. Ötən dövrdə təşkilat ölkəmizdəki layihələrə 450 milyon dollar ayırıb. Lakin o pullar heç də yardım məqsədilə xərclənməyib.

Yerli mətbuatın araşdırmasına görə, USAİD Azərbaycanda bir sıra KİV və QHT-lərin əsas donoru hesab olunur. Məsələn, qaçaqmalçılıqda ittiham olunan “Toplum TV” üzvlərinin qrant aldığı təşkilatlar arasında USAİD-in də adı xüsusi qeyd olunur.

Bundan əlavə, USAİD tərəfindən “COP29 tədbirləri ərəfəsində Azərbaycandakı erməni əsirlərin azad olunması” kampaniyasına start verilməsi üçün “qrant layihələri” ayrılıb.

Xatırladaq ki, ötən ilin oktyabrında ABŞ-da Azərbaycan qarşı növbəti çirkin kampaniya başladı. Hətta 60 konqresmen ABŞ-ın sabiq dövlət katibi Antoni Blinkenə müraciət etdi ki, COP29 ərəfəsində Azərbaycana təzyiqlər artırılsın və COP29-un baş tutmaması üçün bütün addımlar atılsın. Həmin kampaniyanın maliyyəçisi də USAİD idi.

Bunlarla yanaşı, 44 günlük müharibə və Laçın yolundakı aksiyalar dönəmində də bir sıra xarici KİV-lərin Azərbaycana qarşı qarayaxma kampaniyaları mütəmadi hal almışdı. Qeyd olunan faktlar onu deməyə əsas verir ki, bu kampaniyanın da arxasında məhz USAİD dayanıb.

Hələ çox faktlar üzə çıxacaq...

Qeyd edək ki, USAİD-lə sadalananlar yanvarın 20-dən bəri, yəni Tramp hakimiyyətə gəldikdən sonra üzə çıxan faktlardır. ABŞ rəsmilərinin açıqlamalarından isə aydın olur ki, Agentliyin fəaliyyəti ilə bağlı araşdırmalar davam edəcək. Bu isə onu deməyə əsas verir ki, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrdə USAİD-in çirkin əməlləri ilə bağlı hələ çox faktlar üzə çıxacaq...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

End of content

No more pages to load

RADİO