Danışıqlara START VERİLİR – “Qərb Ukraynanı biabırçı sülhə məcbur edə bilər”

Ukrayna Ali Radasının deputatı Aleksiy Qonçarenko fevralın 12-nə planlaşdırılan Fransa, Almaniya, Polşa, İspaniya, İtaliya, Böyük Britaniya xarici işlər nazirləri, Avropa İttifaqının nümayəndələri, Ukrayna və ABŞ dövlət katibinin iştirakı ilə keçiriləcək danışıqların detallarını açıqlayıb.

“Biz döyüşləri dayandırmaq üçün böyük cəhdin astanasındayıq. Biz bunu fevralın 12-də gözləyirik”, - deputat bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Moskvanın Putinlə danışıqların ləğvi ilə bağlı bəyanatı “rus nağılıdır”” - Zelenski


Olmaya Ukrayna müharibəsi növbəti həftə başa çatır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, sözügedən görüş Ukrayna müharibənin tez bir zamanda dayandırılmasına əsla təkan verməyəcək:

“Qərb dövlətləri toplaşıb məsələ ilə bağlı nələrsə təklif edə bilər. Lakin Rusiyanın irəli sürdüyü şərtlər hər hansı bir sülh təklifi və ya atəşkəsin qəbul edilməsinin mümkünlüyünü istisna edir. Rusiyanın tələbləri çox sərtdir. İlhaq etdikləri 5 vilayətlə bağlı ərazilərin qanuniləşdirilməsini tələb edirlər. Digər tərəfdən, Kreml Zelenskini qeyri-qanuni sayır. Rusiyanın digər tələbləri Ukraynanın neytral ölkə olması, NATO-ya üzv olmaması və ordusunun sayının 100 mindən çox olmaması ilə bağlıdır.

Bu şərtləri isə nə Kiyev, nə də onu dəstəkləyən Qərb dövlətləri qəbul etməz. Qəbul etmələri o anlama gələcək ki, ABŞ başda olmaqla Qərb Rusiyaya məğlub olub. Amma danışıqlar başlayacaq. Tərəflər şərtlərini səsləndirəcək. Bundan sonra fasilə götürüləcək və müharibə yenidən davam edəcək. Sonra tərəflər yenə də danışığa başlayacaqlar”.

Ekspertin fikrincə, əsas məsələ Qərbin Rusiyaya qarşı sərt mövqe sərgiləməsidir:

“Bu baş verərsə, Rusiyanı geri çəkilməyə vadar etmək də mümkün olacaq. Çünki Rusiyanın imkanları Qərblə müqayisədə məhduddur. Lakin Qərb hesab etsə ki, Ukraynanın mənafeyilə müqayisədə, Rusiyadan əldə edəcəyi mənfəət daha vacibdir, bu halda Kiyevi bada verib onu özü üçün biabırçı sülh müqaviləsi imzalamağa vadar edə bilərlər.

Qərb dəfələrlə bu satqın, şərəfsiz təcrübədən istifadə edib. Münhen anlaşmasını, İspaniyanın respublikaçı hökumətinə dəstəyin verilməməsini yada salmaq kifayətdir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

End of content

No more pages to load

RADİO