Samir Nuriyev iclas keçirdi - FOTO

Fevralın 6-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.
 

O qeyd edib ki, 2024-cü il ərzində də dövlət idarəçiliyində səmərəliliyin artırılması, şəffaflığın gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı tədbirlər həyata keçirilib.


Bundan başqa, Komissiya sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi baxımından korrupsiyaya qarşı mübarizə mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə tədbirləri dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun olaraq qurulması və dövlət orqanlarına ictimai etimadın gücləndirilməsi baxımından da zəruridir. Eləcə də dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması sahəsində yeni çağırışlar da korrupsiyaya qarşı mübarizə fəaliyyətinin sistemli və davamlı şəkildə aparılmasını şərtləndirir.

İclasda Komissiyanın Milli Məclis tərəfindən seçilmiş yeni üzvləri təqdim olunub, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) 5-ci dəyərləndirmə raundu çərçivəsində verdiyi tövsiyələrlə bağlı görülmüş işlər nəzərdən keçirilib.

İclasda məhkəmə-hüquq sistemində aparılmış son islahatların korrupsiyaya qarşı mübarizə fəaliyyətinə təsiri barədə məruzə dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib. Eləcə də dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili, qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan başqa, Komissiyanın Reqlamenti və növbəti dövr üçün iş planı təsdiq edilib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Bu şəxslərə içki içmək QƏTİ OLMAZ – Ölümlə nəticələnir

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

End of content

No more pages to load

RADİO