Azərbaycanın hökumət missiyası Somaliyə SƏFƏR ETDİ - FOTO

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycanın hökumət missiyası Azərbaycan və Somali arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsi məqsədilə Somalidə səfərdə olub.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı nümayəndə heyətinin Somali Federativ Respublikasının Baş nazirinin müavini Salah Əhməd Cama, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi, neft və mineral resurslar naziri Dahir Shire Mohamed, müdafiə naziri Abdulkadir Mohamed Nur Jama, planlaşdırma, investisiya və iqtisadi inkişaf naziri Mohamud Beenebeene, təhsil, mədəniyyət və ali təhsil naziri Farah Abdulkadir Mohamed, Milli İdentifikasiya və Qeydiyyat Qurumunun Direktoru, həmçinin Balıqçılıq və Mavi İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı və Suvarma Nazirliyinin, Heyvandarlıq, Meşə və Otlaq Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşləri keçirilib, Türkiyə Maarif Fondunun Somali nümayəndəliyinə tanışlıq səfəri təşkil olunub.

Keçirilmiş görüşlər zamanı ölkələr arasında son illər ərzində təmasların intensiv hal aldığı və bunun əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığı diqqətə çatdırılıb.

Həmçinin, bir sıra istiqamətlər, o cümlədən neft və qaz, yaşıl enerji, kənd təsərrüfatı, balıqçılıq, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğu və müvafiq sahələrdə ikitərəfli hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə Somali Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.
 

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Somali tərəfindən isə xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Ali Mohamed Omar Balad rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.


Hökumət missiyasına Azərbaycan Respublikasının Müdafiə, Müdafiə Sənayesi, Energetika, Elm və Təhsil, İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri daxil olub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

End of content

No more pages to load

RADİO