Dövlət əleyhinə xərclənən MİLYONLAR – USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILMALIDIR

Məlum olduğu kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinə start verilib. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşımında bu barədə məlumat verib. O qeyd edib ki,  “USAİD bərpa oluna bilməz”.

USAİD-in korrupsiya qalmaqalı

Bundan əlavə, USAİD-in Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb. Üstəlik, təşkilatın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar da üzə çıxıb. Belə ki, ABŞ Dövlət Departamentinin Mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatda USAID proqramlarının əhəmiyyətli hissəsinin ABŞ-ın əsas maraqlarına cavab vermədiyi qeyd olunub:

“USAID öz ilkin təyinatından çoxdan kənara çıxıb. İndi tam aydındır ki, USAID-in maliyyələşməsinin əhəmiyyətli hissəsi Birləşmiş Ştatların əsas milli maraqları ilə bağlı deyil".
 

MÖVZU İLƏ BAĞLI:

Yenilənmiş “Qərb şəbəkəsi”nin üzvləri və təxribat planının - Detalları


Digər mühüm məqam isə ondan ibarətdir ki, USAİD korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. Eyni zamanda, İlon Mask açıq şəkildə USAİD-i cinayətkarlıqda ittiham edib.

USAİD-in Azərbaycandakı qaranlıq fəaliyyəti


USAİD 34 ilə yaxın Azərbaycanda fəaliyyət göstərib. Amma bu fəaliyyət çox qaranlıq və şübhəli olub. Bu gün usaidçilər bar-bar bağırırlarlar ki, ötən dövrdə Azərbaycana 450 milyon dollar yardım edilib. Ancaq “yardımların” statistikası və hara xərclənməsi nədənsə açıqlanmır.

Lakin araşdırmalarımız nəticəsində məlum olub ki, Həmin 450 milyonun böyük hissəsi Azərbaycana qarşı bir sıra təxribatların törədilməsinə xərclənib.

Məsələn, III Respublika Platforması adlı təxribatçı qurumun yaradılması birbaşa USAİD-lə bağlıdır. Belə ki, USAİD rəhbəri Samanta Pauerdən gələn sifariş əsasında qurulmuş platformanın məqsədi 2024-cü il 7 fevrala təyin edilmiş seçki ərəfəsində təxribat aksiyaları törətmək idi. “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri Akif Qurbanovun koordinatorluğu ilə yaradılmış bu platforma müəyyən təxribatlar törətsə də, Azərbaycan hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində tezliklə zərərsizləşdirilə bildi.

Eyni zamanda, qaçaqmalçılıqda ittiham olunan “Toplum TV” üzvlərinin də qrant aldığı təşkilatlar arasında USAİD-in də adı xüsusi qeyd olunur.

USAİD-in COP29 təxribatı

Bundan əlavə, USAİD həm də ölkəmizdə müxtəlif “KİV və QHT”-lərin əsas donoru, qrant verənidir. Belə ki, təşkilat “COP29 tədbirləri ərəfəsində Azərbaycandakı erməni əsirlərin azad olunması” kampaniyasına start verilməsi üçün “qrant layihələri” ayrılıb.

Xatırladaq ki, ötən ilin oktyabrında ABŞ-da Azərbaycan qarşı növbəti çirkin kampaniya başladı. Hətta 60 konqresmen ABŞ-ın sabiq dövlət katibi Antoni Blinkenə müraciət etdi ki, COP29 ərəfəsində Azərbaycana təzyiqlər artırılsın və COP29-un baş tutmaması üçün bütün addımlar atılsın. Həmin kampaniyanın maliyyəçisi də USAİD idi.
 

MÖVZU İLƏ BAĞLI:

USAİD Azərbaycanın dövlət orqanlarına necə soxulur? — TƏHLİL 


Çünki bu qurumun mahiyyəti pozuculuq və ara qarışdırmaqdır.

USAİD-in təxribatçı fəaliyyəti amerikalı ekspertlər tərəfindən də etiraf edilib. Məsələn, ABŞ-ın Tennessi Texnologiya Universitetində siyasi elmlər üzrə professoru  Maykl Gunter ötən ilin oktyabrında Bizim.Media-ya müsahibəsində bildirmişdi ki, USAİD rəhbərliyi Azərbaycan və Türkiyəyə qarşı qərəzlidir:

“USAİD rəhbəri Samantha Pauerin Türkiyə və Azərbaycana qarşı qərəzli mövqeyi açıq-aydın ortadadır. Onun yazdığı "A Problem from Hell" adlı kitabının birinci fəslində Osmanlı dövründə ermənilərin "soyqırım" qurbanı olduğunu iddia edilir. Lakin o, 1992-ci ildə Xocalıda baş vermiş qətliamı və digər faktları qeyd etmir”.

USAİD-in Azərbaycandakı fəaliyyəti araşdırılmalıdır

Ona görə də USAİD-dən son 34 ildə Azərbaycanda xərcləndiyi iddia olunan 450 milyon dollar vəsaitin hesabatını tələb etməliyik. Eyni zamanda, ölkəmizin hüquq-mühafizə orqanları həmin 450 milyonun kimlərə verildiyi və hansı qanunsuz məqsədlər üçün xərcləndiyini araşdırmalıdır.

Əminliklə demək olar ki, bu vəsaitin böyük hissəsi Azərbaycan dövlətçiliyinin və milli maraqlarımızın əleyhinə xərclənib. Ona görə də vəsaitin xərclənmə istiqamətləri müəyyən edilməli, həmin vəsaitdən şəxsi maraqları və dövlət əleyhinə istifadə etmiş şəxslər ən ağır şəkildə cəzalandırılmalıdır.

USAİD nədir?

Qeyd edək ki, USAİD 1961-ci ildə ABŞ-ın sabiq prezidenti Co Kennedinin sərəncamı ilə yaradılıb. Qurumun əsas hədəfi kimi inkişaf etməkdə olan ölkələrə maddi və mənəvi dəstək verilməsi göstərilir. Əslində isə təşkilat həmin ölkələri öz çətiri altına alıb, onlardan ABŞ-ın siyasi və iqtisadi maraqları üçün istifadə etmək üçün çalışır.

Təsadüfi deyil ki, USAİD birbaşa rəsmi Vaşinqton tərəfindən idarə olunur. Hətta qurumun rəhbəri Senatın razılığı ilə ABŞ prezidenti tərəfindən təyin edilir. Bundan başqa ABŞ-da Federal büdcənin 1 faizi hər il USAİD-ə  ötürülür.

Bizim.Media-nın analitik qrupu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Dünyada 350 milyon insan depressiya ilə mübarizə aparır - ÜST

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib - FOTO

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Əmək münasibətlərində yeni TƏLƏB - Pis xasiyyətli işçilərin aqibəti necə olacaq?

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

Marta Kos: “Ukraynanın Avropa İttifaqına 2027-ci ilə qədər qoşulması mümkün deyil”

İranda kütləvi həbslər həyata keçirilib

İranda kütləvi həbslər həyata keçirilib

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Qahirə Universitetinin tələbələri "Azərbaycan" şeirini dedilər - VİDEO

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

İranda öldürülən Əli Laricaninin yerinə TƏYİNAT

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

Ombudsman DTX təcridxanasına baş çəkib - FOTO

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

“Mama uşağı” PROBLEMİ - Qayınananızla necə davranmalısınız?

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

İsrail Müdafiə naziri Livanla bağlı xəbərdarlıq edib

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Buzovnada qaya daşlarını zədələyən şəxs SAXLANILDI

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Prezidentin İZİ İLƏ – Jurnalistlər “Şirvan Aqro” heyvandarlıq kompleksində - FOTO

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Bu iki əlamətə DİQQƏT EDİN – Xərçəngin XƏBƏRÇİSİDİR

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Yaxşı Ana kimdir?- Mükəmməllik lazım deyil

Məşhur reperə iş kəsildi

Məşhur reperə iş kəsildi

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Azərbaycanlılar Gürcüstandan deportasiya olundu

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Əfsanəvi Elnur Məmmədov bomj kimi həyatını itirdi - FOTO

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bakı aeroportu cədvəlini DƏYİŞİR

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

Bu avtomobillər kəskin bahalaşdı - VİDEO

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

"Euronews"da Azərbaycan paxlavasına həsr olunmuş reportaj yayımlanıb

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Xamenei ABŞ-la danışıqlara razılıq verdi

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

Lənkəranda avtomobil AŞIB – Yaralılar var

End of content

No more pages to load

RADİO