Kamran Əliyev Türkiyənin yeni səfiri Cahit Bağçı ilə görüşdü - FOTOLAR

Mayın 24-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağçı ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, qonağı səmimi salamlayan Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Kamran Əliyev qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirmişlər.

Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərində türk şirkətlərinin fəal iştirak etməsi iki ölkə arasında sıx bağların olmasının təzahürüdür. 

Baş prokuror bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Cahit Bağçı ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləyib.

Səfir ölkələrimiz arasında tarixən mövcud olan qardaşlıq münasibətlərinin iki ölkə rəhbərinin apardıqları uğurlu siyasət nəticəsində bu gün ən yüksək pilləyə qalxdığını, bu əlaqələrin daha da inkişaf etməsi üçün əlindən gələni edəcəyini bildirib.

Sonda Kamran Əliyev qonağa yeni fəaliyyətə başlaması ilə əlaqədar uğurlar arzu edərək, qarşılıqlı əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyi ifadə edib. 

Görüşdə həmçinin, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin yaxın zamanda ölkəmizə edəcəyi səfərlə əlaqədar müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Politoloq Ukraynanı münaqişəni dayandırmağa məcbur edə biləcək amili açıqladı

Politoloq Ukraynanı münaqişəni dayandırmağa məcbur edə biləcək amili açıqladı

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Yaqub Kərimpur edam edildi - FOTO

Yaqub Kərimpur edam edildi - FOTO

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bloger masa üzərində rəqs etdi - FOTO

Bloger masa üzərində rəqs etdi - FOTO

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

3 may səhərinin əsas xəbərləri

3 may səhərinin əsas xəbərləri

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

End of content

No more pages to load

RADİO