Gürcü professordan İTTİHAM: “Şah Abbasın günahlarını bu xalqa niyə yükləməliyik?”

"Bu insanlar (azərbaycanlılar nəzərdə tutulur) artıq 400 ildir bu torpaqda yaşayırlar. Necə ola bilər ki, onlara 35 il öncə Svanetidən gəlmiş adam “arzuolunmaz qonaq” və ya daha ağır nəsə desin? Şah Abbasın günahlarını bu xalqa niyə yükləməliyik". 

Bizim.Medai “Gündəlik Gürcüstan” nəşrinə istinadən xəbər verir ki, bu sözlərlə professor, tarixçi Beka Kobaxidze, Dmanisi rayonunda baş verən hadisələri şərh edərkən qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Heç kim həbs olunmayıb, qanun işləmir” - Dmanisi konfliktində SON VƏZİYYƏT


Şəxsi facebook hesabında məsələyə münasibət bildirən professor, məktəb dərsliklərində qeyd olunası bir sıra məsələlərin olduğunu bildirib: 

"Bu ilin mart ayında iki dəfə Marneuli rayonunun məktəblərinə gedib, yerli uşaqlara dərslər, mühazirələr keçirdim. Onlara bu ölkənin tarixinin onların da tarixi olduğunu deyirdim: 

Müstəqil Azərbaycan parlamentinin birinci sədri Əlimərdan bəy Topçubaşov Tbilisili müsəlman idi; sekulyar ideyaları təbliğ edən ilk azərbaycandilli satirik jurnal “Molla Nəsrəddin” Tbilisidə nəşr olunmuşdu;

Gürcüstanın müstəqillik aktına azərbaycanlı millət vəkilləri imza atırdılar, seçkilərdə ilk müsəlman qadın bizdə qalib gəlmişdi və s. Onlara dedim ki, bu Azərbaycanın deyil, Gürcüstanın tarixidir.

Bu yalnız səthidir və “Azərbaycanlı Tiflisin”in tarixi tamamilə öyrəniləsidir. Vurğulayaraq onların arasından bir neçə tarixçinin yetişməsini istədiyimi dedim ki, Tiflisin azərbaycanlılara aid mətbuatını, icma həyatı və Gürcüstanın inkişafında azərbaycanlıların rolunu öyrənsinlər. Sonra bu məktəb dərsliklərinə girməlidir ki, bizim etnik azlıqlarımız özlərini və öz tarixlərini orda görə bilsinlər.

Təəssüf ki, mən bunu dil səddinə görə bacarmıram və bu azərbaycanlı həmvətəndaşlar tərəfindən ediləsidir. Necə ola bilər ki, sən və sənin əcdadlarının yer tutmadığı və ya düşmən kimi göstərildiyi bir tarix dərsliyi ilə təhsil alasan? Necə ola bilər ki belə bir tarix "sənin” olsun?
 

Səndə belə ölkəyə qarşı sadiqlik hissi necə yaransın? Bu əsla liberalyana əzilib-büzülmək deyil. Əksinə, bu rasional vətənpərvərlikdir. Biz bu xalqın Gürcüstan üçün çalışmasını, Gürcüstana sadiq olmasını, gürcücə danışmasını və lazım gəlsə, hətta vuruşmasını istəyirikmi?


Zənnimcə, istəyirik. Ən azı istəmirik ki, onlar özlərini Azərbaycan dövləti ilə əlaqələndirsinlər. O zaman onlara tarixdə olduğu kimi, həmçinin müasirlikdə və gələcəkdə də öz yerlərini göstərməliyik. Onların üstünə Andriya Cağmaidze və Eliso Bolkvadzeni salacağıqsa, buna necə nail olacaqlar?". 

Professor həmçinin vətəndaşlar arasında səslənən gəlmə ifadələrini də ciddi tənqid edib: 

"Bu insanlar (azərbaycanlılar nəzərdə tutulur) artıq 400 ildir bu torpaqda yaşayırlar. Necə ola bilər ki, onlara 35 il öncə Svanetidən gəlmiş adam “arzuolunmaz qonaq” və ya daha ağır nəsə desin? Şah Abbasın günahlarını bu xalqa niyə yükləməliyik? Azərbaycan səfirliyi çox yaxşı və konstruktiv bəyanat verdi, onlara çox təşəkkürlər, lakin bura qədər necə gəldik?!

Sabah Azərbaycan səfirliyi “çırpın onları” desə, Cağmaidze bu məsələdə işə yarayacaqmı?
 

Sanki iki dəfə belə bədbəxtçiliyə düşməmişik kimi, indi də durub həvəslə üçüncü dövrə vururuq. Payıma düşən qədərincə ürəyim partlayır, hey elə məktəb-məktəb gəz, azərbaycanlı həmvətənlərinə, bu ölkənin tarixinin onların da tarixi olduğunu “təlqin et”, sonra da Cağmaidze dursun və “arzuolunmaz demoqrafik mənzərə” haqqında danışsın...


İstədiyin qədər həmin məktəblərə get, amma əgər dövlət siyasəti dominant dini bürokratiyanın öhdəsinə verdikdə, bunu heç bir “təlqinlə” bərtərəf edə bilməyəcəksən. Patriarxlığın belə münaqişəyə rəy bildirməyi alovu nöyütlə söndürmək cəhdidir.

İşi çox yanlış aparırıq və günlərin birində də geosiyasətin çarxı pis döndüyündə, partlaya bilərik. Hər halda özümüzə qarşı dinamitimizi özümüz hazırlayırıq", - deyə professor B. Kobaxidze qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gecikdirilmiş 825 min manat vəsaitin işçilərə ödənilməsi təmin OLUNDU

Gecikdirilmiş 825 min manat vəsaitin işçilərə ödənilməsi təmin OLUNDU

Millimizin üzvü qırmızı vərəqə aldı, komandası QALİB GƏLDİ

Millimizin üzvü qırmızı vərəqə aldı, komandası QALİB GƏLDİ

SON DƏQİQƏ! Zelenski 20 bəndlik sülh planını ictimaiyyətə AÇIQLADI - MADDƏLƏR

SON DƏQİQƏ! Zelenski 20 bəndlik sülh planını ictimaiyyətə AÇIQLADI - MADDƏLƏR

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Rusiyanın Ukraynadan sonrakı hədəfi bu ölkələr OLACAQ - SENSASİON DETALLAR

Rusiyanın Ukraynadan sonrakı hədəfi bu ölkələr OLACAQ - SENSASİON DETALLAR

Qızıla pulu çatmayanlar, gümüşə üz tutur – Qiymətli metallar bazarında SON VƏZİYYƏT

Qızıla pulu çatmayanlar, gümüşə üz tutur – Qiymətli metallar bazarında SON VƏZİYYƏT

Tokayev İlham Əliyevə ZƏNG ETDİ

Tokayev İlham Əliyevə ZƏNG ETDİ

Elmar Baxşıyevin yerinə bu məşqçi namizəd GÖSTƏRİLİR

Elmar Baxşıyevin yerinə bu məşqçi namizəd GÖSTƏRİLİR

"Kanal 11"in rəhbəri ilə bağlı QƏRAR VERİLDİ

"Kanal 11"in rəhbəri ilə bağlı QƏRAR VERİLDİ

Müqabil Əbdülov vəfat etdi – FOTO

Müqabil Əbdülov vəfat etdi – FOTO

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Emin Ağalarov Prezidenti belə təbrik etdi – VİDEO

Emin Ağalarov Prezidenti belə təbrik etdi – VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yanır - VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yanır - VİDEO

Gürcüstanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ

Gürcüstanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ

Ucarda itlərin hücumuna məruz qalan şəxsin SON DURUMU

Ucarda itlərin hücumuna məruz qalan şəxsin SON DURUMU

Çağdaş tariximizin LİDERİ

Çağdaş tariximizin LİDERİ

Vuçiç İlham Əliyevə ZƏNG ETDİ

Vuçiç İlham Əliyevə ZƏNG ETDİ

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Uşaqlar arasında yeni virus YAYILIR – Qorunma və müalicə ÜSULLARI

Uşaqlar arasında yeni virus YAYILIR – Qorunma və müalicə ÜSULLARI

Xaçmazda 8 otaqlı yaşayış evi tam yanıb - TƏFƏRRÜAT

Xaçmazda 8 otaqlı yaşayış evi tam yanıb - TƏFƏRRÜAT

Hikmət Hacıyev Prezidentin doğum gününü təbrik etdi – VİDEO

Hikmət Hacıyev Prezidentin doğum gününü təbrik etdi – VİDEO

Roma Papası Azərbaycana nə vaxt səfər edəcək?

Roma Papası Azərbaycana nə vaxt səfər edəcək?

Gündüz İsmayılov: “Bizə qarşı soyqırımlarda yəhudi qardaşlarımız da məhv edilib”

Gündüz İsmayılov: “Bizə qarşı soyqırımlarda yəhudi qardaşlarımız da məhv edilib”

Novruz Məmmədovun səhhətində problem yaranıb?

Novruz Məmmədovun səhhətində problem yaranıb?

End of content

No more pages to load

RADİO