Ermənilərin Başlıbeldə törətdiyi qətliam BMT sənədi kimi yayıldı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, 1993-cü ilin aprel ayında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Kəlbəcərin Başlıbel kəndində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məqsədyönlü şəkildə qətlə yetirməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırda aparılan cinayət işinin ilkin nəticələrinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məktubda C.Bayramov, Azərbaycanın azad edilmiş ərazilərində ölkəmizə qarşı Ermənistan tərəfindən 30 ilə yaxın həyata keçirilən təcavüz siyasəti nəticəsində bu ölkənin silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə dair hazırda, münaqişə sonrası dövrdə Azərbaycan Respublikasının aidiyyəti qurumlarının əlavə məlumatlar əldə etdiyi barədə məlumat verir.

Bu xüsusda Baş katibin diqqətinə çatdırılır ki, aparılan araşdırmalar zamanı digər rayonlar ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcər rayonunun Başlıbel kəndinin mülki əhalisinə qarşı xüsusi amansızlıq və qəddarlığın nümayiş etdirildiyi müəyyən olunub. Kənd sakinlərinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi, girov götürülən şəxslərə isə işgəncələr verildiyi, həmçinin həmin kəndin tamamilə dağıdıldığı və yer üzündən silindiyi bildirilir.

Belə ki, 3 aprel 1993-cü il tarixində Ermənistan Silahlı qüvvələrinin Başlıbel kəndinə silahlı hücum edərək, kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət etdiyi və tamamilə yandırdığı, kəndi tərk edə bilməyən 62 nəfərin təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığındığı qeyd edilib. Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri aşkar edərək, köməksiz vəziyyətdə qalmış mülki şəxsləri qətlə yetirdiyi və aralarında 1 uşaq və 1 yeniyetmə olmaqla 12 nəfəri qəsdən öldürdüyü barədə məlumat verilir.

Başlıbel faciəsinin, Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində Ermənistan tərəfindən törədilən çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdən yalnız biri olduğu qeyd edilir və ədalətin təmin olunması və müharibə sonrası barışıq üçün bütün bu cinayətlərin hərtərəfli araşdırılmasının vacib olduğu vurğulanır.

Məktubda, nazir həmçinin Ermənistanın hələ 1991-1994-cü illər müharibəsi zamanı itkin düşən 4000-dən çox azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd edir və bunun qəbuledilməz olduğunu vurğulayır.

Nazir Ceyhun Bayramov Azərbaycan və Azərbaycanlılara qarşı törədilmiş çoxsaylı müharibə cinayətləri ilə bağlı həqiqətlərin üzə çıxarılmasının, o cümlədən itkin düşmüş minlərlə azərbaycanlının taleyinin müəyyən edilməsi, minaların doğurduğu həyati təhlükənin aradan qaldırılması üçün Baş katibə bir daha müraciət edir və bu məsələlərin həllinin üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Yaqub Kərimpur edam edildi - FOTO

Yaqub Kərimpur edam edildi - FOTO

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bloger masa üzərində rəqs etdi - FOTO

Bloger masa üzərində rəqs etdi - FOTO

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

3 may səhərinin əsas xəbərləri

3 may səhərinin əsas xəbərləri

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Londonda atışma: 4 yaralı var - VİDEO

Londonda atışma: 4 yaralı var - VİDEO

End of content

No more pages to load

RADİO