İlham Əliyev Qüdslə bağlı mövqeyini AÇIQLADI

“Bizim mövqeyimiz həmişə aydın olub. Yenə də biz beynəlxalq ədaləti, beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icrasını təşviq edirik. Biz Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına münasibətdə bu selektiv yanaşmanın qurbanı olmuşuq”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bəzi hallarda bu qətnamələr bir neçə günə icra olunur:

“Bizə gəldikdə isə onlar 27 il ərzində, ümumiyyətlə, icra olunmadı. Biz ərazi bütövlüyümüzü bərpa edərək onları özümüz icra etdik. Əlbəttə ki, biz həmişə mübahisələrin sülh yolu ilə həllini təşviq edirik. Əlbəttə, Yaxın Şərqdə gərginliyin azaldılması hesab edirəm, beynəlxalq birliyin marağındadır. Qüds şəhəri ilə bağlı bizim mövqeyimiz çox aydındır. Bizim mövqeyimiz İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında olan həlli üzərində qurulub. Bir neçə il bundan əvvəl biz fələstinlilərə dəstək olmaq üçün Bakıda donor konfransını keçirdik. Hesab edirəm ki, bu mövqe beynəlxalq hüquqa tamamilə uyğundur. İki dövlət əsasında həll, gərginliyin azaldılması, sülh danışıqları və həlli tapmaq üçün səmimi istək.

Həlli tapmaq çətindir. Bizim vəziyyətdə də həlli tapmaq çətin idi. Lakin hesab edirəm ki, beynəlxalq birliyin və əlbəttə ki, supergüclərin birgə səyləri... 

Əlbəttə ki, Azərbaycan böyük ölkələr arasındakı münasibətlərə təsir göstərə bilən ölkə deyil, lakin Qoşulmama Hərəkatının sədri olaraq biz üzv ölkələrinin konsolidasiya olunmuş mövqeyini müdafiə edəcəyik. Baş Assambleyanın sammitində mən Qoşulmama Hərəkatının sədri olaraq çıxış etdim və mənim nitqim bütün üzv dövlətlərlə razılaşdırılmışdı. Odur ki, bu məsələdə yanaşma eyni olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Qızı ilə bağlı paylaşım etdi - TƏNQİD OLUNDU

Yaqub Kərimpur edam edildi - FOTO

Yaqub Kərimpur edam edildi - FOTO

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Milyarderin kolleksiyası “Sotheby’s”də rekord qiymətə satıla bilər

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

Alessandra Ambrosio yenidən diqqət mərkəzində - FOTO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

“Bakı Marafonu 2026” başladı - FOTO/VİDEO

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

Bu gün bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

“Əbədi həyat” axtaran milyonerdən qalmaqallı PAYLAŞIM

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Səhhətinə görə onlarla konsertini ləğv etdi

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Tehran Müctəba Xameneinin hücumdan necə sağ çıxdığını açıqladı

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Əkiz bacılar 40 il sonra atalarının fərqli olduğunu öyrəndilər

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

Ynet: Tehran Vaşinqtona sərt şərtlər irəli sürüb

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

"Sabah" bu gün "Şamaxı"nın qonağı olacaq

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bakıda marafon həyəcanı: Bu gün start veriləcək - VİDEO

Bloger masa üzərində rəqs etdi - FOTO

Bloger masa üzərində rəqs etdi - FOTO

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Şahzadə Şarlottanın 11 yaşı tamam oldu – VİDEO

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

Sançes İsraili İspaniya vətəndaşını “oğurlamaqda” ittiham etdi

3 may səhərinin əsas xəbərləri

3 may səhərinin əsas xəbərləri

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Bürcləri arzularına çatmaqdan nə saxlayır? – Astroloji analiz

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO

Londonda atışma: 4 yaralı var - VİDEO

Londonda atışma: 4 yaralı var - VİDEO

End of content

No more pages to load

RADİO