Prezidentdən vacib FƏRMAN

Prezident İlham Əliyev "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Müəyyən edilib ki, dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.

Dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqları (bundan sonra – sığorta vəsaiti) Nazirliyin xüsusi xəzinə hesabında toplanır və Fondun xüsusi bank hesabına köçürülür.

Fərmanda qeyd olunub ki, sığorta vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

- dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsinə;

- sığorta ehtiyatının yaradılmasına;

- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə;

- sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir;

- hər il üçün dövlət icbari şəxsi sığortası üzrə gəlir və xərclərin bu Fərmanın 2.3-cü bəndində qeyd edilmiş istiqamətlər üzrə bölgüsünü Nazirlik təsdiq edir;

Bu Fərmanın 2.3.2-ci yarımbəndi üçün nəzərdə tutulan sığorta ehtiyatından aşağıdakı qaydada istifadə olunur:

- sığorta ehtiyatı Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli sistem əhəmiyyətli banklarında depozitə yerləşdirilir;

- sığorta ehtiyatı sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının artırılması dayandırılır, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir isə bu Fərmanın

2.3.3-cü yarımbəndində göstərilən tədbirlərin maliyyələşdirilməsinə yönəldilir;

- sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, gözlənilən sığorta ödənişləri üzrə xərclər və sığorta haqları üzrə daxilolmalar arasındakı kəsir sığorta ehtiyatı hesabına maliyyələşdirilir;

- cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir;

2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir.

Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan səlahiyyətlərin Nazirliyə verilməsi ilə əlaqədar sığorta haqlarının idarə olunması sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Eyni zamanda sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydasını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan səlahiyyətlərin Nazirliyə verilməsi ilə əlaqədar Nazirlik və Şirkət müvafiq sənədlərin və məlumatların 2021-ci il dekabrın 31-dək təhvil-təslim işlərini təmin etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Azərbaycanda suvarma suyu çatışmayan rayonların SİYAHISI

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Öz xoşbəxtliklərinə mane olan BÜRCLƏR

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

Zidan gəldi, Fransa millisinin loqosu dəyişdi - FOTO

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

ABŞ-də məktəblər ilk dəfə olaraq dronlarla qorunacaq

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Messi "İnter Mayami"yə qayıtdı - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

Nigar Camal təcili əməliyyat olundu - FOTO

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Yaxın zamanda maliyyə uğuru qazana biləcək BÜRCLƏR

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

Nişanlı cütlüyün rəqs görüntülərini “TikTok”da yaydı, HƏBS OLUNDU

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

ABŞ və Səudiyyə Ərəbistanından İraqa birgə zərbə: SEPAH müşavirləri həlak oldu

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Kino sevənlərə şad xəbər: Azərbaycanda 7 gün pulsuz izləmək olacaq - FOTO

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Fərrux Sədirov İŞDƏN ÇIXARILDI

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla pullana bilərlər

Maaş və pensiya kartlarında YENİLİK

Maaş və pensiya kartlarında YENİLİK

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

Xanım səfirlərin sayı ÜÇƏ ÇATDI

FED uçot dərəcəsini sabit saxladı

FED uçot dərəcəsini sabit saxladı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Kişi vədinə əməl etdi: Argentina uduzdu, arvadını boşadı

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Tramp və Zelenski görüşünün yekunları MƏLUM OLDU

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Ayaz Mustafayev "Space TV" ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Zelenski Tuskla nəyi müzakirə edəcək? – Bəzi detallar

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Azərbaycan güləşçiləri dünya ikincisi OLDU

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

Netanyahu İsrail ordusunu Suriyadan çıxarmaqdan İMTİNA ETDİ

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

DÇ-2026-nın finalından sonra argentinalı futbolçulara qarşı İŞ AÇILDI

End of content

No more pages to load

RADİO