Rəsmi Bakı: Aİ rəsmisinin Azərbaycan Prezidentinin fikirlərini açıq qərəzlə şərhini rədd edirik

“Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun Ermənistanın “Armenpress” xəbər agentliyinin sualına cavabında Avropa İttifaqının Ermənistandakı Missiyasının mandatı və Ermənistanın militarizasiyası barədə səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir”.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun iddialarına dair şərhində bildirilib.

“Avropa İttifaqı rəsmisinin Azərbaycan Respublikası Prezidentinin fikirlərini yanlış və açıq qərəzlə şərh etməsini qətiyyətlə rədd edirik. Azərbaycanın razılığı ilə yaradılmış missiyanın mandatının heç bir əsas olmadan genişləndirilərək, onun guya bölgədə sülh və Azərbaycanla-Ermənistan arasında normallaşma prosesinə dəstək rolunun olması fikirləri bu missiyadan necə sui-istifadə edildiyini göstərir. Anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilən bu missiya Azərbaycanın Ermənistan ilə apardığı normallaşma prosesində hər hansı bir rola malik ola bilməz.

Aİ missiyası təsis edilən gündən müxtəlif vədlərə baxmayaraq, missiya Azərbaycanın legitim maraqlarını nəzərə almayıb, missiya fəaliyyəti qarşılıqlı inam və etimadı təmin etməyib.

Aİ Missiyasının rəhbəri dəfələrlə Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirdiyi, Aİ Missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim edildiyi, bununla normallaşma prosesinə xələl gətirdiyi hər kəsə məlumdur. Bu mühitdə, Ermənistan tərəfi Aİ Missiyasının mövcudluğundan sui-istifadə etməkdədir.
 

Bununla yanaşı, bütün dünyada öz işğalçılıq siyasəti, Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü ilə tanınan Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniya Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Bu prosesə Avropa İttifaqı mətbuat katibinin bəraət qazandırması narahatlıq mənbəyidir.

 

Qonşularına qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanın strateji hücum silahları əldə etməsi daxil olmaqla, kütləvi şəkildə hərbiləşmə siyasətinə son qoyulmaması bölgədə növbəti gərginliyin yaradılması səyləri kimi qiymətləndirilə bilər. Azərbaycan bölgədə beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhün, sabitliyin və təhlükəsizliyin tərəfdarıdır. Sülhə təhdid törədən addımların qətiyyətlə qarşısının alınması zəruridir”, - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

End of content

No more pages to load

RADİO