Paşinyan indi də Rusiya şirkətlərini HƏDƏF ALDI – Nikolun “milliləşdirmə” oyunu NƏYƏ HESABLANIB?

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni taktika seçir. Belə ki, o transmilli və yerli iri şirkətləri “milliləşdirir”. Təbii ki, Paşinyanın bu taktikası Ermənistanda ciddi narazılığa və etirazlara səbəb olub. Çünki ölkənin çətin iqtisadi durumda olduğu bir zamanda hökumət başçısının belə bir qərar verməsi heç bir məntiqə sığmır. 

Paşinyanın qərarındakı siyasi çalar

Məlumdur ki, Ermənistanın iqtisadiyyatı əsasən Rusiyanın nəzarətindədir. Bu ölkəyə qoyulan investisiyaların böyük hissəsi də Rusiya mənşəlidir. Ona görə də Rusiyaya soyuq müharibə elan edən Paşinyan əlindəki iqtisadi rıçaqlardan da istifadə edir. Daha doğrusu, Nikol Rusiyaya bağlı iri şirkətlərin “ovuna çıxıb”.

Məsələn, bu ayın əvvəlində Ermənistanın baş naziri operatorların sayının artırılması yolu ilə ESA, “Veolia Jur” və “Gazprom Armenia” şirkətlərinin inhisarlarının aradan qaldırılması məsələsinin nəzərdən keçirilməsini hökumətə tapşırmışdı. Baş nazir bəyan etmişdi ki, bütün bunlar “rəqabətin yaradılması və normal xidmət göstərilməsi” üçün edilir.

Təbii ki, iş adamları da Paşinyanın əsl hədəfini bilir. 

Ona görə də hökumətin “milliləşdirmə” siyasətinə qarşı çıxırlar. Məsələn, “Taşir” Şirkətlər Qrupunun vitse-prezidenti, ESA-nın Direktorlar Şurasının sədri Karen Darbinyan şirkətin dövlət tərəfindən milliləşdirilməsinin mümkünlüyü məsələsini şərh edərkən deyib ki, “Ermənistanın elektrik şəbəkələri” siyasətdən kənarda olub və bundan sonra da belə olacaq:

Onun sözlərinə görə, son vaxtlar elektrik enerjisində fasilələrin artması fonunda müxtəlif fərziyyələr irəli sürülə bilər:

“Hökumət rəsmiləri öz hərəkətlərinin guya "xüsusi xarakter daşıdığını" deyirlər. Lakin bu fərziyyələrin real vəziyyətlə heç bir əlaqəsi yoxdur. Əgər şirkət öhdəliklərini yerinə yetirməsəydi, onda biz deyilənləri ciddi qəbul edərdik. Amma görünən odur ki, bu “milliləşmə” sırf siyasi məsələdir və onun heç bir iqtisadi əsası yoxdur”.

Darbinyan ESA-nın səhmlərinin bir hissəsinin Ermənistan hökumətinə verilməsi məsələsini müzakirə etməyəcəklərini də qeyd edib.

Nəzərə alaq ki, ESA Ermənistanın elektrik şəbəkəsində əsas pay sahibidir. Şirkət Rusiyada yaşayan milyarder Samvel Karapetyana məxsusdur.

Bu Paşinyanın ilk təcrübəsi deyil...

Daha əvvəl Amulsar mədənində işləyən “Lidiya” şirkəti də nizamnamə kapitalının 12,5%-ni Ermənistan hökumətinin hesabına keçirilib. Cənubi Kiprin “Fedilco Group Limited” şirkəti isə fevral ayında səhmlərinin 20%-ni Ermənistan hökumətinə “ötürüb”. 

Paşinyanın bu addımlarının iqtisadi reallıqla bağlı olmadığını öz partiya yoldaşları da etiraf edir. Məsələn, sentyabrın 25-də Mülki Müqavilə fraksiyasının üzvü və Milli Assambleyanın İqtisadi Məsələlər üzrə Daimi Komitəsinin rəhbəri Babken Tunyan hakimiyyətin elektrik enerjisi ilə bağlı problemləri müzakirə etməsini biznesin milliləşdirilməsi cəhdi kimi şərh etməyi dayandırmağa çağırıb.

Nikolun növbəti hədəfi Zəngəzur Mis-Molibden Kombinatıdır (ZMMK)

ZMMK ümumi səhmlərinin 21,8%-ni hökumətə “verib”. Bundan sonra Ermənistan hökuməti "etibarlı idarəetmə müqaviləsi" əsasında bu səhmləri Ermənistan Dövlət Maraqları Fondunun idarəçiliyinə ötürüb.

Nəzərə alaq ki, Zəngəzur Mis-Molibden Kombinatı dünyanın 10 ən böyük molibden istehsalçısından biridir. 

Mədən hazırda texniki təkmilləşdirmədən keçir. Bu, məhsuldarlığı 25 faiz artırmağa, filiz hasilatı və emalının həcmini ildə 22 milyon tona çatdırmağa imkan verəcək. 

Ermənistanın dağ-mədən sənayesinin lideri olan kombinat 4,5 mindən çox insanı işlə təmin edir. Zavod dünyanın ən böyük yataqlarından biri olan, filiz ehtiyatı təxminən 2 milyard ton olan Kacaran yatağının işlənməsi ilə məşğuldur. Bu zavod Ermənistanın ən böyük vergi ödəyicisidir. Bu il onlar dövlət büdcəsinə təxminən 255 milyon dollar köçürməyi planlaşdırırlar. Yəni normal inkişaf dövrü keçirən bir şirkətin birdən-birə dövlətin nəzarətinə verilməsi heç bir məntiqə sığmır. 

Bu sadəcə siyasi qərəzdir.

Moskva ilə heç cür bacarmayan Paşinyan onun Ermənistandakı dayaqlarını sarsıtmaq istəyir. Burada başqa maraqlı məqam da var. Erməni Baş nazir əvvəlcə iri və rentabelli şirkətləri dövlətin himayəsinə keçirməyə çalışır. Sonrakı mərhələdə isə bu şirkətlər yenidən özəlləşdiriləcək. Təbii ki, bu mərhələdə bütün səhmlər Paşinyana yaxın adamların adına rəsmiləşdiriləcək.
 

Ən son mərhələdə isə Paşinyan Rusiyanın nəzarətindən çıxardığı şirkətləri Qərbin sərəncamına vermək istəyir. 


Bütün bu siyasi oyunlar Ermənistan iqtisadiyyatını defolta sürükləyir. İqtisadiyyatı onsuz da çətin durumda olan Ermənistanda vəziyyətin daha da pisləşməsi fonunda vətəndaş qarşıdurmasının başlaması isə qaçılmaz görünür...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

End of content

No more pages to load

RADİO