Azərbaycanın mina problemi NATO-da müzakirə edildi – FOTO

Azərbaycanın mina problemi və onun aradan qaldırılması sahəsində NATO-nun maliyyə və texniki dəstəyi Alyansın Avro-Atlantika Tərəfdaşlıq Şurası iclasında müzakirə edilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Bizim.Media-ya verilən məlumata görə, ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası (EAPC) formatında Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və Atıcı Silahlar və Mina Fəaliyyəti üzrə "Ad hoc" İşçi Qrupunun iclasında iştirak edib. İclasa NATO-nun üzv və tərəfdaş dövlətlərinin nümayəndələri, eləcə də Alyansın aidiyyəti strukturlarından nümayəndələr qatılıblar.

İclas zamanı Azərbaycanın üzləşdiyi mina problemi, problemin həlli istiqamətində görülmüş işlər, müxtəlif dövlət və beynəlxalq təşkilatların bu sahədə Azərbaycana dəstəyi, eləcə də təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu xüsusda Ağdam rayonunun Qərvənd kəndinin 400 hektar ərazisinin minalardan təmizlənməsinə dair Qərvənd Etimad Fondunun yaradılmasının tezləşdirilməsinin vacibliyi vurğulanıb.

İclasda ANAMA-nın nümayəndə heyəti Azərbaycanda mina təhlükəsinin miqyası, bu sahədə qarşıya çıxan çətinliklər və problemin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə geniş təqdimatla çıxış edib. Təqdimatda, 2020-ci ilin noyabr ayından etibarən 379 azərbaycanlının mina partlamaları nəticəsində həlak olduğu və yaralandığı, minaların məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını və həmin ərazilərdə yenidənqurma və bərpa işlərinin aparılmasını ciddi şəkildə ləngitdiyi, eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadları ətraflı şəkildə izah olunub. Bundan əlavə, ANAMA-nın mina probleminin həllində istifadə etdiyi qabaqcıl texnologiyalar, xüsusilə də mexaniki minatəmizləmə vasitələri və sahədə tətbiq olunan yeni yanaşmalar haqqında məlumat verilib.

Eyni zamanda iclas çərçivəsində Azərbaycanın üzləşdiyi mina probleminin miqyasını və işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə prosesini əks etdirən fotosərgi təşkil edilib.

Səfər çərçivəsində ANAMA nümayəndə heyəti NATO Baş katibinin Əməliyyatlar üzrə köməkçisinin müavini B. San və NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmaması bölməsinin (ADN) direktoru E.Lemos-Maniati ilə ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı Alyansın mina probleminin həlli istiqamətində mövcud təcrübəsi və bu xüsusda NATO-nun ölkəmizə maliyyə və texniki dəstəyi müzakirə olunmuşdur.

Bununla yanaşı, ANAMA və NATO nümayəndə heyətinin NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) yerləşdiyi Lüksemburqa səfəri baş tutub. Səfər zamanı NATO ilə minatəmizləmə sahəsində təcrübə mübadiləsi, müasir texnologiyaların öyrənilməsi və yeni üsulların tətbiqi sahəsində müzakirələr aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

End of content

No more pages to load

RADİO