Hikmət Hacıyev: “Ermənistan Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir” - FOTO

"30 avqust BMT qərarları ilə Beynəlxalq itkin düşmüş şəxslər günü kimi qeyd olunur. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş 4000-ə qədər Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi yalnız onların doğmalarını deyil, Azərbaycan dövlətini narahat edən ən kəskin humanitar problemlərdən biridir". 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib. 

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan öz qeyri-insani mahiyyətini bir daha göstərərək onların aqibəti və kütləvi məzarlıqlarının yeri barədə məlumatları verməkdən yayınır: 

“Çoxsaylı şahid ifadələri və işğaldan azad edilmiş ərazilərimizdə aşkar edilmiş kütləvi məzarlıqlar əsir və girov götürülmüş azərbaycanlıların Ermənistan tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalaraq kütləvi şəkildə qətlə yetirildiyini sübut etmişdir. Bu insanlığa qarşı cinayətlərdə günahkar olanlar Ermənistanda nəinki cəzalandırılmır, hətta qəhrəmanlaşdırılır.

Lakin haqq, ədalət öz yerini tapdı! Bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir. Erməni lobbisinin pulu müqabilində həmin müharibə canilərini azad etməyə çağıran bir sıra qərb siyasətçiləri və qərb media orqanları utanmalıdırlar. Ermənistan öz vəhşi əməllərinə görə Azərbaycandan üzr istəməli, digər günahkarları özü məsuliyyətə cəlb etməli və kütləvi məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir”. 

Prezidentin köməkçisi qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi prosesinə böyük bir təkan verib:

“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aşkar olunmuş insan qalıqlarının DNT analızı əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və müvafiq dövlət qurumu tərəfindən indiyə qədər Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 149 nəfərin şəxsiyyətini müəyyənləşdirmək və ailələrinə məlumat vermək mümkün olmuşdur.

30 ildən sonra onların tapılması və hərbi təntənə ilə dəfn edilməsi Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına olan şəxsi qayğısı və diqqətinin növbəti təzahürüdür. 30 il Ermənistan-Azərbaycan münaqişəsi kontekstində beynəlxalq humanitar hüquqa uyğun olaraq itkin düşmüş şəxslərimizin taleyini müəyyən etməli olan Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təsisatların fəaliyyətini qənaətbəxş hesab etmirik.
 

Əfsuslar olsun ki, bu gün BQXK öz nizamnaməsinə və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistanın pullu sifarişi ilə hesabat yazan şəxslərə yalan məlumatlar ötürməklə məşğul olur və qərəzli anti-Azərbaycan propaqanda kampaniyasında yer alır.


Azərbaycan dövləti özü itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bundan da sonra əlindən gələni əsirgəməyəcək, onların ailələrinin həsrət və iztirablarına son qoymaq üçün bu xüsusda olan davamlı tədbirlərini davam etdirəcəkdir”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yağışlar gecikəcək- Amma daha dağıdıcı olacaq

Yağışlar gecikəcək- Amma daha dağıdıcı olacaq

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Trampdan iqtisadi müharibə ELANI – Hansı ölkə İrana kömək etsə...

Trampdan iqtisadi müharibə ELANI – Hansı ölkə İrana kömək etsə...

Dünəndən qalan çayı içmək olar?

Dünəndən qalan çayı içmək olar?

Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il “dondurmaq”... – AÇIQLAMA

Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il “dondurmaq”... – AÇIQLAMA

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI

Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI

Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq – Yeni mərhələ başlayır

Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq – Yeni mərhələ başlayır

Küvəz çatışmazlığı ilə gündəmə gələn Sabunçu Tibb Mərkəzində son durum necədir? – Rəsmi AÇIQLAMA

Küvəz çatışmazlığı ilə gündəmə gələn Sabunçu Tibb Mərkəzində son durum necədir? – Rəsmi AÇIQLAMA

Rusiya Kiyevi ballistik raketlərlə VURDU – Ölən və yaralılar var – VİDEO

Rusiya Kiyevi ballistik raketlərlə VURDU – Ölən və yaralılar var – VİDEO

BİZİM TƏQVİM:20 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 avqustda baş vermiş tarixi hadisələr

Müqəddəs yerdə ölənlər cənnətə düşür? - İlahiyyatçı o videodan danışdı

Müqəddəs yerdə ölənlər cənnətə düşür? - İlahiyyatçı o videodan danışdı

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

İstidə gündə neçə dondurma yemək olar?

İstidə gündə neçə dondurma yemək olar?

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

CNN: İraq ABŞ və İran arasında vasitəçi olmağa çalışır

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

End of content

No more pages to load

RADİO