ATƏT-in Azərbaycandan iyrənc tələbi: milli və mənəvi dəyərlərdən imtina – LGBT-yə yaşıl işıq - ŞƏRH

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərdə 125 dairə üzrə 1000-ə yaxın namizəd deputat mandatı qazanmaq üçün mübarizə aparacaq. Seçkilərin şəffaf keçirilməsi üçün yetərli şərait də yaradılıb. Belə ki, prosesi yetəri sayda yerli və xarici müşahidəçinin izləməsi gözlənilir.

Seçkiləri izləyəcək xarici müşahidəçilər arasında ATƏT-in nümayəndələri də var. Amma hələ seçkilər keçirilməmiş və hər şeyin öz axarı ilə getdiyi bir vaxtda ATƏT-in ölkəmizdəki missiyası ilk hesabatını paylaşıb. Və təbii ki, yayılan məlumatlar reallıqlardan çox-çox uzaq olmaqla yanaşı, həm də qərəzlidir.

ATƏT nədən narazıdır?
 

MÖVZU İLƏ BAĞLI:

LGBT rəzilliyi, Azərbaycana qarşı qərəz... – Fransalı jurnalist rəsmi Parisi ifşa etdi – MÜSAHİBƏ


Apardığımız araşdırmalardan aydın oldu ki, ATƏT-in missiyası seçkilərə hazırlıqdan və seçki marafonundan yox, konkret olaraq namizədlərin tərkibindən narazıdır. Qərbli müşahidəçilər hesab edir ki, deputatlığa namizədlərin ən azı 10 faizi LGBT nümayəndəlləri olmalı imiş. Amma bu dəfəki parlament seçkilərinə bir nəfər də olsun LGBT təmsilçisi qatılmayıb. Ona görə də ATƏT Azərbaycanda bəzi azlıqların diskriminasiyaya məruz qaldığını düşünür. Və buna görə də seçkiləri qeyri-demokratik sayır. 

Təsadüfi deyil ki, ATƏT-in ölkəmizdə olan missiyasının üzvləri əsasən LGBT tərəfdarlarıdır. Ümumiyyətlə, ATƏT DTİHB-si seçkiləri LGBT namizədlərsiz təsəvvür etmir, hətta onların parlamentə düşməsinə şərait yaradılmamasını ciddi qüsur kimi görürlər. Məsələn, Avropada LGBT-nin hüquq müdafiəçiləri kimi çıxış edən Aleksandra Sein və Ann Merrill ATƏT-in Azərbaycandakı təmsilçiləri arasındadır. Bu xanımları isə hüquqi prodsedurlar, qanunvericilik, seçici fəallığı yox, LGBT nümayəndələrinin ictimai fəallığı maraqlandırır. Tez-tez Avropanın müxtəlif ölkələrində müşahidəçi kimi iştirak edən  Aleksandra Sein və Ann Merrillin sosial şəbəkə paylaşımlarına nəzər salsaq bunu aydın görərik. 

Onlar bir qayda olaraq namizədlərin “kimlik”lərini  ön plana çəkirlər.

Təsadüfi deyil ki, bu ilin fevralında ölkəmizdə keçirilən Prezident seçkilərində də ATƏT missiyası bu məqamı xüsusilə qabartmışdı ki, LGBT təmsilçiləri Azərbaycanda sıxışdırılır və onların seçmək və seçilmək hüquqları pozulur. Eyni ssenari bu gün də davam edir. Avropalı müşahidəçiləri açıq şəkildə deyirlər ki, ““əgər istəyirsinizsə ki, keçirilən seçkiləri demokratik adlandıraq, onda LGBT təmsilçilərini parlamentə buraxın”.

Yəni ATƏT-in konkret tələbi var. Bu tələbi yerinə yetirməyən ölkələrdəki seçkilər birmənalı olaraq antidemokratik sayılacaq.

Avropa LGBT-yə meydan verir

Nəzərə alaq ki, ATƏT bütün Avropa ölkələrinə bu cür yanaşır. Təsadüi deyil ki, Avropa Parlamenti bir müddət əvvəl Avropa İttifaqını “LGBT-nin azadlıq zonası” elan edib.Və hələ 2020-ci ilin martın 11-də Avropa Parlamenti cinsi azlıqların nümayəndələrinin hüquqlarının son vaxtlar getdikcə daha çox diskriminasiyaya məruz qaldığı ölkələrin siyahısını hazırlamışdı. Həmin hesabatda Polşa və Macarıstan qəti şəkildə qınanılıb.

Avropalı millət vəkilləri Avropa Komissiyasını Avropa İttifaqında, o cümlədən Polşa və Macarıstanda LGBT insanların fundamental hüquqlarının pozulması ilə mübarizə üçün bütün vasitələrdən istifadə etməyə çağırıblar:

“Avropa İttifaqı ölkələrinin hakimiyyət orqanları bütün vətəndaşların hüquqlarını qorumalıdır. Aİ-də LGBT insanlar ayrı-seçkilik və təqib qorxusu olmadan sərbəst yaşaya və öz cinsi kimliklərini açıq şəkildə nümayiş etdirə bilərlər”, - qətnamədə deyilir.

O zaman bu qətnamənin 492 deputat lehinə, 141-i əleyhinə səs vermişdi. 46 deputatsa bitərəf qalmışdı. Qətnamənin əsas dəstəkçisi isə hamımızın yaxından tanıdığı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen olmuşdu.

Təsadüfi deyil ki, Avropa Parlamentinə son seçkilərdə xeyli sayda LGBT təmsilçiləri “qələbə qazanıb”. AP-da ən çox LGBT təmsilçiləri isə Almaniyadan, Fransadan, Hollandiyadan, Danimarkadan və digər ölkələrdən olub.

Avropanın tələbi və Azərbaycan reallığı

Bu günsə ATƏT Avropa Parlamentində təmsil olunmayan, lakin Avropa İttifaqı ilə əməkdaşlıq edən bütün ölkələrdən açıq şəkildə tələb edir ki, parlamentdə LGBT-çilərə yer verin. Əks təqdirdə, həmin ölkə qeyri-demokratik ölkə hesab ediləcək. 

Ancaq bu məsələdə ATƏT reallıqları qəbul etmək istəmir. Bu reallıqsa ondan ibarətdir ki, Azərbaycanda əsrlər boyu formalaşmış və bu günə qədər qorunan milli-mənəvi dəyərlər var. Və bu gün Azərbaycan nə qədər də Avropaya inteqrasiya etmək istəsə də o dəyərlərdən imtina etmək fikrində deyil. Bu nəyin bahasına olsa belə… 

Azərbaycan cəmiyyətində parlament olmayanda belə ağsaqqallar məclisi olub. Və bu məclisdə elin-obanın sayılıb, seçilən nümayəndələri təmsil olunub. Və bu gün də bu ənənə yaşayır. Milli Məclisə seçilmək istəyən istənilən namizəd ilk öncə xalqın mənəvi tərəzisində ölçülür, dəyərləndirilir. Özünə, sözünə və hətta davranışına fikir verməyənləri nəinki qanunverici orqana, heç ucqar kəndlərdəki yığıncaqlara belə yaxın qoymurlar. 

Di gəl ki, ATƏT, dolayısı ilə də Qərb Azərbaycandan tələb edir ki, öz dəyərlərindən imtina elə, bizim çürük, mənəviyyatsız həyat tərzinə keç. Təbii ki, bu da heç bir normal cəmiyyətdə, o cümlədən də Azərbaycanda qəbul ediləcək məsələ deyil.

Ona görə də ATƏT-in missiyasının qərəzli və məqsədli hesabatları Azərbaycan cəmiyyəti üçün keçərli deyil. Xalq özünə deputat seçir ki, onun dəyərlərinə sahib çıxsın, onu yad ünsürlərdən qorusun. Seçilən deputatlar Qərbin bəzi dairələrinin göndərdiyi tezislərlə yox, xalqın istəkləri və qayğıları hərəkət etsin. Ona görə də Qərbdən gələn bu cür tələb və təkliflər Azərbaycan tərəfindən heç zaman qəbul edilməyəcək. Bu gün namizədlər arasında bir nəfər də LGBT təmsilçisinin olmaması Azərbaycan cəmiyyətinin uğurudur. Əgər bu uğuru ATƏT qəbullanmırsa özü bilər. Bizim üçün əsas olan Azərbaycan xalqının istəyidir.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

End of content

No more pages to load

RADİO