AŞPA-ya vurulan sanksiya silləsi Şvabenin yuxusuna HARAM QATDI – TƏHLİL

Avropalıların qəribə bir xüsusiyyəti var. İstəyirlər ki, “harda aş, orada baş” olsunlar. Bu da olmayanda, başlayırlar qarşı tərəfi şantaj etməyə. 

Şantajçının da nə dini olur, nə imanı. 

Amma belələrinin özləri kimi çoxsaylı “dostları” olur. Necə deyərlər, “taylı tayını tapır”. Çünki avropalıları dəyərlər yox, maddi maraqlar narahat edir. Ona görə də onların maraqlarını ifadə etməyəndə, masanın yuxarı başında əyləşdirməyəndə kefləri pozulur, başlayırlar qarşı tərəf barədə yalanlar danışmağa. Ən pisi də odur ki, avropalıların əlində kifayət qədər resurslar var. Məhz həmin resurslardan istifadə edərək hədəfi “ağır artileriya” atəşinə tuturlar. 
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT-in müşahidəçiləri seçkilərlə bağlı ölkəmizə GƏLƏCƏK – BU TARİXDƏ - FOTO


Necə ki, son günlər Almaniya parlamentinin üzvü, anti-Azərbaycan mövqeyi ilə seçilən Frank Şvabe məhz bu taktikanı seçib. Şvabe Azərbaycanı hədəf almasını Azərbaycanın Avropa Şurası Parlament Assambleyasını sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərə müşahidəçi kimi dəvət etməməsi ilə izah edir.

Bu dəvətsizliyi alman deputat AŞPA-ya qarşı hörmətsizlik kimi dəyərləndirir və  Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq qalmamaqda günahlandırır.

Bu azmış kimi Şvabe bir qədər də irəli gedərək Azərbaycanı Avropa ailəsinin üzvü olmaq istəməməkdə günahlandırır. 

Bir sözlə, avropalı parlamentarilər Azərbaycana qarşı çox çirkin bir kampaniyaya başlayıblar.

Frank Şvabe unudur ki...

Azərbaycanı yalan və məntiqsiz fikirlərlə ittiham edən alman siyasətçi bir məsələni unudur ki, Azərbaycan hər kəsə və o cümlədən də AŞPA-ya qarşı hər zaman açıq mövqedə olub. Digər beynəlxalq təşkilatlar kimi AŞPA ilə əməkdaşlığa Azərbaycan hər zaman maraq göstərib. Təbii ki, Azərbaycan münasibətlərdə qarşılıqlı hörmət və etimadın olmasını istəyib. Bu amilləri görməyəndə isə müstəqil və suveren ölkə kimi AŞPA-ya layiq olduğu münasibəti göstərib. 

Nəzərə alaq ki, son 30 ildə Azərbaycan bu qurumla hər zaman normal münasibət saxlayıb. Lakin 2024-cü ilin fevral ayının 24-də AŞPA Azərbaycanın qurumda səsvermə hüququna veto qoydu. Bu ədalətsiz və qərəzli qərar təbii ki, cavabsız qala bilməzdi. AŞPA-nın qərəzli və absurd qərarından sonra Azərbaycanın nümayəndə heyəti qurumdakı fəaliyyətini dondurdu və geri döndü. O vaxtdan sonra qurumla Azərbaycan arasında soyuq yellər əsir. Bunun da tək səbəbkarı AŞPA və Qərbin bəzi siyasi dairələridir. 

Qərb hər zaman digər ölkələrlə diqtə dilində danışıb. 

Özlərinin maraq və çıxarlarını sivilizasiyanın mənafeyi kimi təqdim ediblər. Onların korporativ maraqlarına etiraz edənləri isə bir qayda olaraq demokratik dəyərlərə hörmətsizlikdə ittiham ediblər. Üstəlik, hansısa ölkədə baş verən pozitiv dəyişiklik varsa, onun da altına öz imzalarını qoymağa çalışıblar. Bununla razılaşmayanları isə müxtəlif əsassız məsələlərdə ittiham ediblər. 

Təbii ki, həm 44 günlük müharibədə, həm də postmüharibə dövründə Azərbaycan çox böyük uğurlara imza atıb. Lakin qazanılan bu uğurlarda Qərbin imzası olmayıb. Bu da Qərbin xoşuna gəlmir.

Qərbin “qara siyahısı”

Məlum olduğu kimi Qərb bir qayda olaraq başqa ölkələrə qarşı iqtisadi sanksiyalar tətbiq edir. Hətta bəzi ölkələrin vətəndaşlarını “qara siyahı”ya salır, onların Avropaya və ABŞ-a çıxışını yasaqlayır. Lakin başqa dövlətlərin belə vasitələrdən istifadəsini Qərb düzgün hesab etmir. Bunu “demokratiyaya zidd” addım kimi dəyərləndirir. Qarşı tərəfin əsaslı arqumenti olsa belə, Qərb bir qayda olaraq özlərini haqlı bilir və qarşı tərəfin qərarına nəinki hörmət etmir, hətta buna görə ən sərsəm yollara əl atırlar. 

Necə ki, Almaniya Parlamentinin üzvü Frank Şvabe də bu yollardan keçir. O “X" platformasında yazır:

“Demokratik ölkələrdə səyahət qadağaları yalnız ekstremistlərə və zorakı cinayətkarlara şamil edilir. Güman edirəm ki, mənim Azərbaycana giriş qadağası daha çox qüsursuz diktaturanın əlamətidir”.

Bu sərsəm fikirlərin sahibi nədənsə öz gözündəki tiri görmək istəmir. Hazırda Avropa dünyanın əksər ölkələrinin vətəndaşları üçün qapalı məkandır. Avropa İttifaqına üzv ölkələrə hətta təyyarə ilə eniş edib, hava limanında bir neçə saat gözləmək üçün digər ölkələrin vətəndaşlarından bədnam “şengen viza”sı tələb edilir. Bu “şengen vizası”nı əldə etməksə o qədər də asan deyil. Bu açıq şəkildə dünyanın digər bölgələrində yaşayan insanların Avropaya girişinə qoyulan bir qadağadır. Hələ ayrı-ayrı ölkələrin siyasətçilərinə, iş adamlarına qoyulan “stop”ları demirik... 

Göründüyü kimi Qərb öz addımlarında və qərarlarında hər zaman özünü haqlı bilir. Lakin digər ölkələrin qərarlarını konteksdən çıxarır, siyasi rəng verir. Beləcə, azad söz, azad fikir Qərbin bürokratik aparatı hesabına boğulur. 

Ona görə də  Almaniya Parlamentinin üzvü Frank Şvabenin son bəyanatı azad sözə, azad fikirə hörmətsizlikdir. Azərbaycan öz qərarlarında azad, milli maraqlarının müdafiəsində qərarlıdır. 

Haqlı mövqeyimizə qarşı çıxanları isə layiq olduğu kimi cəzalandırırıq. Frank Şvabenin də ölkəmizə gəlişinə qoyulan qadağa kimi...

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

2027-ci ildə gözlənilən dəyişiklik: Əmək pensiyalarında artım olacaq? - VİDEO

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Tailandda daşqınlardan nə qədər insan zərər görüb?

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

Bu ay Rusiya və ABŞ ilə üçtərəfli görüş ola bilər - Zelenski açıqladı

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İsveçrənin 200 ilə yaxın davam edən bitərəflik statusu dəyişir?

İranın neft naziri istefa verdi

İranın neft naziri istefa verdi

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Ayağı yaralansa da, çıxışını dayandırmadı - VİDEO

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

Serdal Adalı yenidən "Beşiktaş"ın prezidenti seçildi

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

İllər əvvəl həbs edilən polkovnik vəfat etdi - FOTO

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

End of content

No more pages to load

RADİO