Fransa vətəndaş müharibəsi astanasında - İslam düşməni “Gladio” yenidən dirilir!

21 aprel tarixində Fransa ordusunun 20 ehtiyatda olan generalı və 100-dən çox yüksək rütbəli hərbiçisi ortaq bəyanat yayımlayıb. Ölkədə xaosun hökm sürdüyün qeyd edən hərbiçilər, vətəndaş müharibəsinin baş verəcəyini ilə bağlı qayğılarını dilə gətiriblər. Bir başa ölkə prezidenti Emmanuel Makrona ünvanlanan bəyanatda ordunun lazım gəldiyi tədqirdə Fransanın dövlət bütövlüyünü qorumaq üçün hadisələrə müdaxilə edəcəyinin də anonsu verilib. 

Fransa höküməti isə bəyanatı yayımlayan ehtiyatda olan hərbiçiləri “hökümətin işinə mane olan şəxslər” olaraq adlandırıb və ölkədə hər hansı xaos vəziyyətinin olmadığını bildirib. Lakin 10 may tarixində Fransa ordusunda xidmət edən bir qrup hərbiçi tərəfindən yeni bəyanat yayımlanıb. Bəyanatı imzalayan hərbiçilər 21 apreldəki oxşar bəyanata dəstək verdiklərini və hərbiçilərin qayğılarını bölüşdüklərini qeyd ediblər.

Hər iki bəyanatda Fransadakı əsas problemləri kimi İslamın yayılması və Fransa cəmiyyətində parçalanmaların olması göstərilir. Fransa ordusu daxilində birdən-birə bu cür etirazçı qrupların meydana çıxması isə bəzi şübhələri də bərabərində gətirib.

Fransada “Gladio” yenidən dirilir?

Tarixə nəzər saldıqda Fransada bu cür mütəşəkkil qrupların varlığının yeni tendensiya olmadığı aydın olur. Hələ Soyuq müharibə dövründə xüsusilə Qərbi Avropa-da kommunist ideologiyaların güclənməsinə qarşı yaradılan və bu ölkələrin mümkün Sovet işğalına qarşı mübarizəsini həyata keçirəcək partizan qruplar mövcud idi. 

1952-ci ildə NATO tərkibində ABŞ və İngiltərənin təşkilatçılığı ilə xüsusi partizan dəsətələri - “Stay behind” qrupları Qərbi Avropda kommunizmin güclənməsi üçün fəaliyyətlər həyata keçirirdi.

İlk olaraq İtaliyada tam şəkildə strukturlaşan bu qruplar “Gladio” adı ilə tanınıb. Oxşar təyinatlı qruplar Yunanıstanda “B-8”, Almaniyada “Gehlen”, Belçikada “SDRA-8”, Avstriyada “Şvert” və Fransada “Külək gülü” adı altında fəaliyyət göstərirdi. Əsas fəaliyyət istiqamətləri Avropada kəşfiyyat və partizan mübarizəsi aparmaq olan bu qruplar, birbaşa NATO və ABŞ tərəfindən maliyyələşdirilir, aid olduqları ölkələrin qanunvericiliyindən azad şəkildə əməliyyatlar icra edirdi.

Yalnız XX əsrin sonlarında bir sıra qalmaqallı hadisələrlə gündəmə gələn bu qrupların varlığı Avropa Parlamenti tərəfindən etiraf edilərək ləğv olunmaları istiqamətində əməliyyatlara başlanıldı. Lakin militarist partizan qrupları ləğv olsunsa da, üzvləri sıradan çıxarılmadı. Bu şəxslər məsuliyyətə cəlb olunmaq əvəzinə mövcud ölkələrin hərbi sistem içərisində legitimləşdirildi və bir sıra əməliyyatlarda istifadə edildilər. 

Fransanın İslama qarşı yeni silahı

Bu cür militarist qruplar əsasən ordu içərisində milliyyətçi düşüncəli zabitlər arasında yaradılırdı, onların fəaliyyətlərinə məqsədli şəkildə göz yumulurdu. Oxşar qrupların fəaliyyəti daha çox Türkiyədə XX əsrin sonlarında baş verən siyasi hadisələrdə çəkilsə də, bir sıra Qərbi Avropa ölkələrində də oxşar ssenarilərin olduğu məlumdur.

Fransada yüksək rütbəli hərbiçilərin bu cür bəyanatlarla çıxış etmələri ağıllara “Gladio”-nun yenidən ortaya çıxdığı ilə bağlı düşüncələri gətirir. 40 ildən çox  Avropanı qoruduqlarını iddia edən bu qruplar əslində işgəncənin, qanunsuz fəaliyyətin və cinayətkarlığın əsas icraçıları olublar. İndi isə müəmmalı şəkildə bu qrupular yenidən ortaya çıxır və müsəlman əhalini hədəf almağa başlayır. 

Fransa hökümətinin bu cür qrupların fəaliyyətindən xəbər olmadığını düşünmək sadəlövhlük olardı. Hər zaman müəyyən qüvvələrin tapşırıqları əsasında fəaliyyət göstərən bu qruplar indi də məqsədli şəkildə müsəlman əhaliyə qarşı istifadə olunur. Çünki demokratiya və insan haqqları carçısı olan Fransa ölkədə günü gündən İslam dininin yayılmasına və müsəlman əhaliyə qarşı birbaşa hücuma keçməyə risk etmir. 

Bu cür militarist qrupların mövcud olması və müsəlman əhalini hədəf alması isə Fransa üçün ideal variantdır.

Çünki bu halda hər hansı zorakılıq faktı birbaşa dövlət tərəfindən yox, məhz militarist qruplar tərəfindən icra olunacaq. Nəticədə Fransa höküməti öz demokrtaik mövqeyini qorumağı bacardığı kimi, müsəlman əhaliyə də lazımlı mesajın verilməsini təmin etmiş olacaq. 

Baş verənlər eynilə Soyuq müharibə dövründə yaşananları xatırladır. Lakin bu dəfə hədəfdə kommunist tələbələr yox, müsəlman əhalidir. Yaxın zamanlarda Fransada müəlmən əhaliyə qarşı hücumların və tətbiq olunan zorakılıq aktlarının şahidi olacağımız da istisna olunmur.

Rəvan Əliyev. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkidə heyvan bazarı fəaliyyətini bərpa edir

Şəkidə heyvan bazarı fəaliyyətini bərpa edir

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

İmtahana ayaqqabısının altında telefon keçirtmək istədi

ABŞ dövlət katibi Mayamidə toyda DJ oldu - VİDEO

ABŞ dövlət katibi Mayamidə toyda DJ oldu - VİDEO

Fırıldaqçılar uşaqları oyunlar vasitəsilə necə aldadır? - FOTO

Fırıldaqçılar uşaqları oyunlar vasitəsilə necə aldadır? - FOTO

Tomsk vilayətində 16 evdən ibarət küçə yandı - VİDEO

Tomsk vilayətində 16 evdən ibarət küçə yandı - VİDEO

Ukrayna Rusiyanın neft daşıyan iki tankerinə zərbə endirdi

Ukrayna Rusiyanın neft daşıyan iki tankerinə zərbə endirdi

BƏƏ hava məkanı ilə bağlı məhdudiyyətləri ləğv etdi

BƏƏ hava məkanı ilə bağlı məhdudiyyətləri ləğv etdi

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib

Robot şou zamanı idarəetmədən çıxdı - VİDEO

Robot şou zamanı idarəetmədən çıxdı - VİDEO

XİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər

XİN əməkdaşları "Bakı Marafonu 2026"da iştirak ediblər

İsrail ordusu yeni qırıcılar alacaq - FOTO

İsrail ordusu yeni qırıcılar alacaq - FOTO

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

İlham Əliyev Polşa Prezidentini təbrik etdi

Tələbələrə ŞAD XƏBƏR – Bir il gözləməyə ehtiyac qalmayacaq...

Tələbələrə ŞAD XƏBƏR – Bir il gözləməyə ehtiyac qalmayacaq...

İtin “samokat səyahəti” kameraya düşdü – VİDEO

İtin “samokat səyahəti” kameraya düşdü – VİDEO

Reuters: Türkmənistanın daxili siyasətində yumşalma var

Reuters: Türkmənistanın daxili siyasətində yumşalma var

İran rəhbərləri milyardları gizlətmək üçün beynəlxalq sxemlərdən istifadə edir

İran rəhbərləri milyardları gizlətmək üçün beynəlxalq sxemlərdən istifadə edir

Vaşinqton komandanı Yaxın Şərqə göndərdi - Hərbi əməliyyatlar bərpa olunacaq?

Vaşinqton komandanı Yaxın Şərqə göndərdi - Hərbi əməliyyatlar bərpa olunacaq?

Faktiki hava: Bakıda küləyin sürəti güclənib

Faktiki hava: Bakıda küləyin sürəti güclənib

Bu ölkədə dövlət universitetləri rəqəmsal tələbə biletlərinə keçdi

Bu ölkədə dövlət universitetləri rəqəmsal tələbə biletlərinə keçdi

Uşaq qidasını siçan zəhəri ilə zəhərləyən şəxs TUTULDU

Uşaq qidasını siçan zəhəri ilə zəhərləyən şəxs TUTULDU

Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır - VİDEO

Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır - VİDEO

Dron zərbələrindən sonra Odessa yaxınlığında güclü yanğın oldu

Dron zərbələrindən sonra Odessa yaxınlığında güclü yanğın oldu

Arıqlamaq üçün ən yaxşı məşqlər açıqlandı

Arıqlamaq üçün ən yaxşı məşqlər açıqlandı

Bryansk vilayətində gecə ərzində 143 PUA vuruldu

Bryansk vilayətində gecə ərzində 143 PUA vuruldu

End of content

No more pages to load

RADİO